Naxçıvanda ilk dəfə: Süni mayalanma yolu ilə uşaq dünyaya gəlib
16:52 16.05.2020
Cəmiyyət
762
Naxçıvanda ilk dəfə olaraq süni mayalanma yolu ilə uşaq dünyaya gəlib. Körpə mayın 15-i Beynəlxalq Ailə Günündə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində dünyaya gəlib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 9 illik övlad həsrətindən sonra dünyaya gələn körpə Culfa rayonunun sakinləri Quliyevlər ailəsindəndir.
Valideynlər bildirir ki, neçə illərdir Türkiyə və İranda müalicə alıblar, lakin heç bir ümidverici hal baş verməyib.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanovanın verdiyi məlumata görə, 9 ildir sonsuzluqdan əziyyət çəkən ailə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə müraciət edərək hərtərəfli müayinə və laborator analizlərdən keçib, 2019-cu il sentyabrın 15-də Mərkəzi Klinikanın həkim heyəti ilə birlikdə cütlüyə süni mayalanma tətbiq edilib. Hamiləlik baş tutduqdan sonra qadının hamiləlik dövrü mərkəzimiz tərəfində ciddi şəkildə izlənilib və uğurlu nəticə əldə olunub. Bu süni mayalanma Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin və Mərkəzi Klinikanın həkim-ginekoloqu Mahirə İsmayılovanın iştirakı ilə həyata keçirilib. Doğulan uşağın çəkisi 3 kiloqram 400 qramdır, cinsi oğlandır, bütün instrumental və laborator müayinələrdən keçirilən körpə tam yetkin və sağlamdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi çox zəngin maddi-texniki bazaya malikdir, ən müasir standartlara cavab verən avadanlıqlara təmin olunub. Mərkəz dünyanın ən qabaqcıl klinikaları səviyyəsində qurulub. Burada endoskopik və açıq əməliyyatların aparılması üçün şərait mövcuddur. Mərkəzdə ekstrakorporal mayalanma şöbəsi və embrioloji laboratoriya da var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya