Nazirdən gözləntilər: İnternet sürətlənəcəkmi?
13:03 27.01.2021
Cəmiyyət
772
“Ümid edirəm ki, yeni nazir daha çox telekommunikasiya infrastruktrunun inkişafına önəm verəcək”
“Azərbaycanda yarımçıq qalmış fiber-optik kabelləşmə prosesinin başlaması və bitirilməsinə diqqət edəcək”
26 yanvar tarixində Prezidentin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Cənab Prezident təyinat zamanı vurğulayıb ki, texnologiyanın inkişafı sahəsinə "xüsusilə gənclərin daha geniş miqyasda" cəlb edilməlidir.
Kadr dəyişikliyi Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində olan problemləri aradan qaldıracaqmı?
Sualımızı cavablandıran media hüququ üzrə ekspert Ələsgər Məmmədli “Sherg.az”a bildirib ki, prezidentin müstəsna səlahiyyəti məmurların yerini dəyişməkdir:
“Bu tip məqamlar, qərarlar olmalıdır. Son illər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi neqativ fikirlərlə gündəmə gəlmişdi. Xüsusən, Ramin Quluzadənin rəhbərliyi dönəmində çoxlu sayda internet informasiya resursları bloklanıb və məhkəmə çəkişmələri olub. İnternet resurslarına xüsusi qurum nəzarət edirdi. Həmin qurum konkret olaraq senzor roluna keçib.
Bu nazirliyin kommersiya qurumları var idi. Bundan öncə prezidentin bir neçə sənəd imzalaması ilə qurumlar nazirliyin əlindən alındı və vahid investisiya təşkilatına təqdim olundu. Bura kommunikativ insfrastrukda mövcud olan qurumlar, “Azərppoçt” və digərləri daxildir. Sözügedən nazirlik iki önəmli funksiya həyata keçirirdi.
Biri dövlət tənzimləməsi və nəzarəti , digəri isə kommersiya fəaliyyəti idi. Təəssüf ki, nazirlik daha çox kommersiya qurumu kimi çıxış edirdi. Ümid edirəm ki, yeni nazir daha çox telekommunikasiya infrastruktrunun inkişafına, Azərbaycanda yarımçıq qalmış fiber-optik kabelləşmə prosesinin başlaması və bitirilməsinə diqqət edəcək”.
Ə.Məmmədli diqqətə çatdırıb ki, artıq 1 ildir, bir milyon yeddi yüz insan pandemiyaya görə onlayn təhsil alır. Lakin ölkədə infrastruktur yoxdur, kimisi meqabaytla, kimisi də sürətsiz internetlə dərslərdə iştirak etməyə çalışır:
“Onsuz da üz-üzə keçirilən dərslərdə keyfiyyət aşağı idi, bir də kommunikasiya, internet sürəti problemi cəmiyyətin internet resurslarına əl çatımlılığına məhdudiyyət yaradır. Prezidentin dediyi məqam önəmlidir. Gənclərin innovativ texnologiyanın inkişafı istiqamətində dəstəklənməsi vacibdir. Yeni kəşflər daha yaradıcı olur. İnfrastruktrun yaxşılaşdırılması və indiki halda monopolist infrastrukdan imtina edilməsi olduqca vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya