Nazirliyə sərt İTTİHAM: “Müraciətlərin dayandırılması anlaşılmazdır !"
Şəymən Bayramova
14:30 27.04.2020
Cəmiyyət
714
“Nazirlik birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət imkanının hələ uzun müddət aktiv olacağını elan etməliydi”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də deyəsən məhdudiyyətləri bu gündən "yumşaltmağa" başlayır".
Bu sözləri "Sherg.az"a Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, nazirlik 190 manat birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət xidmətini elə birdəfəlik də bağlayıb. Qurum bununla bağlı müraciətlərin qəbulunun başa çatdığını bildirib:
"Anlaşılmazdır. Ümumiyyətlə bu qurumda son zamanlar qərarların qəbulunda nəsə yanlışa yol verildiyi müşahidə olunur. Xüsusən e-xidmətlərin keyfiyyəti və əlçatımlıqla bağlı , inteqrasiya ilə bağlı doğru yanaşmalar tətbiq olunmur. Məntiqlə əksinə olmalıydı, ölkədə pandemiya ilə əlaqəli məhdudiyyətlər yenicə yumşalmağa başlayıb. Yəni bununla da, Prezidentin birdəfəlik ödəmə ilə bağlı sayını 3 dəfə artırdığı təbəqənin, onların yaxınlarının müraciət imkanı daha da asanlaşıb.
Belə olan halda nazirliyin onlayn müraciəti dərhal qapatması doğru bir yanaşma deyil. Fikrimcə, Prezidentin atdığı addımdan sonra hökumətin yanaşması tam fərqli olmalıydı. Yəni Nazirlik birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət imkanının hələ uzun müddət aktiv olacağını elan etməliydi. Əgər müraciətlər çoxdursa və emal olunması problemlər yaradırsa onda , Nazirliyin problemin həlli üçün əlavə imkanlar axtarması, ciddi səylər göstərməsi, kömək üçün hökumətə, aidiyyəti qurumlara müraciət etməsi daha doğru olardı, nəinki müraciət imkanını qapatmaq. Ümid edirəm əlaqədar qurumlar və cavabdeh şəxslər bunhu nəzərə alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq