Nə maska taxan var, nə də məsafə qoruyan ! - "Pandemiyanın ikinci dalğası qaçılmazdır !”
Şəymən Bayramova
10:57 09.05.2020
Cəmiyyət
809
Vüqar Cavadzadə: “Operativ Qərargahın qərar və qaydalarına tam əməl etmək mütləqdir"
Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma faktlarında ciddi artım müşahidə edilir. 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çox olub. Bu isə aidiyyəti şəxsləri ciddi narahat edir.
Qeyd edək ki, indiyədək Azərbaycanda koronavirusa yoluxanların sayı 2279 olub, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib.
Rəsmi məlumata görə, hazırda 675 nəfərin xüsusi rejimli xəstəxanalarda Covid-19 xəstəliyindən müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, digərlərinin səhhəti stabil qiymətləndirilir.
Həkimlər də hesab edir ki, epidemioloji vəziyyətin mənfiyə doğru dəyişməsi karantin rejiminin ciddi şəkildə pozulması ilə əlaqədardır.
Karantin rejimi yumşaldıqdan sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı. Vətəndaşlar artıq sosial məsafəyə riayət etmirlər və tibbi maskalar taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə üçün bütün tədbirləri gördü, indi vətəndaşlar məsuliyyətli olmalı və karantin tədbirlərinə ciddi riayət etməlidirlər.
Həkim- infeksionist Vüqar Cavadzadə yoluxma faktlarının artmasını birmənalı olaraq əhalinin karantin qaydalarına riayət etməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, vətəndaşların virusu ciddiyə almaması, hətta xüsusi karantin rejiminə laqeyd münasibəti yoluxma faklarının artmasına gətirib çıxardı:
"Ya insanlar bu pandemiyanın nə dərəcədə təhlükəli olduğunu anlamır, ya da anlamaq istəmir. Düşünürəm ki, karantin tədbirləri ilə bağlı son xəbərdarlıqlar və ikinci dalğa riskinin qaçılmaz olması insanlarımızı daha məsuliyyətli olmağa vadar edəcək və növbəti günlərdə yoluxma sayı azalacaq. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa çağırıram.
Əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Operativ Qərargahın qərar və qaydalarına tam əməl etmək mütləqdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm