Nə maska taxan var, nə də məsafə saxlayan… - Məsuliyyətli olaq!
Fidan Həmişəyeva
15:54 13.05.2020
Cəmiyyət
813
“Sağ qalmağımız üçün dövlətimizə kömək etməliyik”
Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” müəssisəsinin açılışında iştirak edib. Ölkə başçısı koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafının aktual mövzuya çevrildiyini bildirib.
Prezident virusla bağlı vəziyyətin tam nəzarətdə saxlanıldığını qeyd edib:
“Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır”.
Təbii ki, dövlətin gördüyü işlərlə yanaşı vətəndaşların məsuliyyəti də önəmlidir. Sosial özünütəcrid virusun daha az yayılmasına və bu bəladan tez bir zamanda qurtulmağa şərait yarada bilər.
Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, dövlət başçısı hər zaman əlindən gələn bütün tədbirləri yüksək səviyyədə edib.
Deputatın sözlərinə görə, görülən işlər Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) təsdiqini tapır, ÜST bu sahədə görülən işlərə görə Prezidentimizə təşəkkür edir:
“Qısa bir müddətdə Sumqayıtda açılış oldu, indi də daha geniş miqyaslı müəssisə istifadəyə verildi. Azərbaycan öz ehtiyacını ödəyəndən sonra məhsulları ixrac edəcək. Bu da qeyri-neft sektorunun inkişafına şərait yarada bilər. Qısa müddətdə modul tipli xəstəxananın istifadəyə verilməsi, ehtiyacı olan insanlara yardımlar və digər işlər ölkə başçısı tərəfindən yerinə yetirildi.
Bir neçə rayonlarda oldum, insanlarda etinasızlıq, məsuliyyətsizlik və laqeydlik gördüm. Sanki heç bir şey yoxdur. Rayonlarda gedib-gələnləri müşahidə edirsən və görürsən ki, maska taxan yoxdur, məsafə saxlanılmır. Vətəndaş məsuliyyətini dərk etməlidir. Son günlər yoluxma rəqəmləri artan xətlə gedir.
Rəqəmlər aşağı düşmür, bu ondan xəbər verir ki, arxayınlığımız bizim üçün fəlakətə çevrilə bilər. Hər bir vətəndaş məsuliyyətini dərk etməlidir. Dövlət hər birimiz üçün əlindən gələni edirsə, niyə etinasızlıq edirik?
Virus hər yerdə var. Heç olmasa, Avropa dövlətlərinin vəziyyətindən ibrət götürməliyik. Dünyaya ağalıq etmək iddiasında olan ABŞ kimi nəhəng dövlətin başına gələnlərə baxmalıyıq. Qabaqlayıcı tədbirlər vasitəsilə cənab Prezidentimizin rəhbərliyi altında dövlətimiz ilkin mərhələdə virusun qarşısını alıbsa, güclü tədbilər görülürsə, bunun müqabilində öz töhfəmizi verməliyik.Sağ qalmağımız üçün dövlətimizə kömək etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə