Nə sürücülər, nə də süpürgəçilər yol qaydasını bilir
Məlahət Rzayeva
11:32 26.09.2019
Cəmiyyət
1301
Yol kənarlarını süpürən qadınların avtomobillə vurulması halları artır. Ötən müddət ərzində paytaxtda ölümlə nəticələnən bir neçə belə faciəli yol-nəqliyyat qəzası baş verib. Növbəti qəza paytaxtın Binəqədi rayonu ərazisində, Azadlıq prospekti, “Skripka” parkının yaxınlığında törədilib. Naməlum sürücü yol kənarını süpürən xadiməni vurub və hadisə yerindən uzaqlaşıb. Xadimə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, qəza nəticəsində həyatını itirən qadın Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Mehdiyeva Ramilə Əlizadə qızıdır. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xadimənin vurulduğu avtomobilin sürücüsünün Liviya vətəndaşı olduğu müəyyənləşib.
Bu, xadimələrin iş başında avtomobillə vurulduğu ilk hal deyil. Artıq xadiməlik də təhlükəli peşələr sırasına daxil olmaqdadı. Xatırladaq ki, ötən il Suraxanı rayon İcra Hakimiyyəti Yol Polisi ilə birgə keçirdiyi aksiyada xadimələrə işıq effektli jiletlər paylanmışdı. Bunun təhlükələrdən sığortalanmaq məqsədi daşıdığı bildirilirdi. Lakin göründüyü kimi işıqlı jiletlər də xadimələrin həyatını qoruya bilmir. Həm də bu jiletlər kütləvi şəkildə paylanmayıb axı.
Xadimələri avtomobillərdən xilas etməyin yolu kimi onları ümumiyyətlə, yol kənarlarını təmizləməkdən azad ertməkdə, həm də maarifləndirici iş aparmaqda görənlər də var.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli mənzil-kommunal təsərrüfatı işçilərinə xüsusi jiletlərin paylanmasını müsbət hal sayır, lakin bunun təhlükəsizlik üçün yetərli olmadığı qənaətindədir. Birlik sədri hesab edir ki, jiletlərin paylanması ilə yanaşı maarifləndirmə işləri də aparılmalıdır:
- Əlbəttə, xüsusi işıq effektli jiletlərin xadimələrə paylanması müsbət addımdır. Burada qəzaların qarşısının alınması əsas məqsəddir. Lakin jiletlərin paylanması, geyindirilməsi ilə iş bitmir. Maarifləndirmə işlərinin aparılması da mütləqdir. Təəssüf ki, mənzil-kommmunal təsərrüfatı birliyi işçilərinə lazımi qaydalar öyrədilmir. Küçələri, yol kənarlarını təmizləyən qadınların sarı xətt, təhlükəsizlik xətti barədə bilikləri sıfırdır. Xadimələr bilmir ki, sarı xətt nə üçündür, işini icra edərkən hansı təhlükəsizlik qaydalarına əməl etməlidir. Eləcə də sürücülərimiz yol-hərəkət qaydalarını bilmədiklərindən sarı xəttin üzərinə çıxır və bununla da real qəza vəziyyəti yaradırlar. Nəticədə ağır yol qəzaları baş verir, insanlar həyatlarını itirir. Görülən işlər lazımi nəticə versin deyə, meriya da, yol polisi də, kommunal təsərrüfatı birlikləri də birgə çalışmalıdır. Sosial reklamlar bu işdə böyük əhəmiyyət daşıyır. Təəssüf ki, biz sosial reklamları da çox az görürük.
Xadimələrin yol kənarlarından ümumiyyətlə yığışdırılmasına gəlincə, V.Tofiqli bunun başqa üsullarının olduğunu da dedi:
- Artıq 21-ci əsrdir. İnkişaf etmiş ölkələrdə yollar xüsusi texnikalar vasitəsilə təmizlənir. Magistral yolların kənarını süpürmək qadın işi olmamalıdır. Qışın soyuğunda, yağışda, qarda, yayın qızmar istisində qadınlar yolları təmizləyir. Kimsə deyə bilər ki, işləyirlər, əmək haqqı alırlar, ailələrini dolandırırlar. Amma, istənilən halda biz əl əməyinin yüngüllüşdirilməsi barədə düşünməliyik. İndi hansı dövrdür ki, xanım əlində süpürgə, xəkəndaz yol təmizləsin?!. Bu, xanıma – qadına yaraşmayan işdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq