Nəinki musiqiyə qulaq asmaq: Sürücü heç sükan arxasında başqası ilə söhbət edə bilməz
Məlahət Rzayeva
08:39 02.11.2019
Cəmiyyət
843
İctimai nəqliyyatın problemlərindən çox yazılıb, çox deyilib. Bakı Nəqliyyat Agentliyi avtobus sürücülərinin davranışı, sərnişinlərlə münasibəti barədə dəfələrlə açıqlamalar verib. Bir çox marşrutlarda «sürücü ilə danışmaq qadağandır», «dayanacaqdan kənar saxlamaq qadağandır», «salonu zibilləməyin», «siqaret çəkmək olmaz» kimi müxtəlif məzmunlu xatırlatmalar var. Gəl ki, bizim bəzi sürücülər sükan arxasına keçdimi, «burda mənəm, Bağdadda kor xəlifə» deyib, özlərini külli-ixtiyar sahibi hesab etmək «ənənəsindən» əl çəkmirlər. İctimai nəqliyyatdan gündəlik istifadə edən şəxs kimi dəfələrlə şahidi olmuşam ki, sərnişinlər siqaret tüstülədən sürücüyə irad bildiriblər. Şəxsən mən də, siqaret çəkən sürücüyə qadağaları həmişə xatırladıram.
Sözün düzü, bu irad qarşısında sürücü susur və siqareti pəncərədən yola atır (!). Amma belə hallar tez-tez təkrarlanır. Belə çıxır ki, avtobus salonuna vurulmuş qadağa işarəsi sürücünün vecinə deyil. Gərək mütləq hansısa sərnişin etiraz etsin ki, avtobusdakıların canı siqaret tüstüsündən qurtulsun. Mobil telefonla danışan, danışmaq nədi, əsəbi halda qışqıran, «əəə, mənim vaxtıma «girmisən», «dəqiqə yarım geri çək», «mənim 20 saniyəm hara getdi?!» deyib, səsi avtobusla bir olan sürücülər nə qədər desən var. Hələ mən, ailə problemlərini sükan arxasında çözən, arvadına, qayınanasına söyən sürücüləri demirəm. Bizim bəzi sürücülərin vərdişləri sırasında sükan arxasında çay içmək, tum çırtlamaqdı. Siqaret, mobil telefon və çay… Və musiqi. Sürücü sanki əyləncə mərkəzindədir. Avtobus salonu da kafe, bar. Keflərinə xoş gələn mahnını səsləndirirlər. Etiraz edənlərəsə, “24 saat “rul” arxasındayıq”, yerimizə olsaz, dəli olarsız”, deyirlər. İndi, bu sürücülərlə davran görüm, necə davranırsan.
Dünən Buzovna istiqamətindən metronun “Koroğlu” stansiyasına gələn 107 saylı avtobusda sərnişinlə sürücü arasında narazılıq da məhs musiqiyə görə yaranıb. Sürücü uca səslə musiqi səsləndirirmiş, orta yaşlı qadın da buna etiraz edib. Sürücü də qadını “ağ yuyub, qara sərib”. Video görüntülər sosial şəbəkədə yayılıb.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında bildirdi ki, sürücünün sükan arxasında diqqəti heç bir halda yayınmamalıdır:
- Diqqət edirsinizsə, artıq paytaxtın ictimai nəqliyyatında sürücü ilə sərnişinlərin ünsiyyətini minimuma endirən avtobuslar fəaliyyətdədir. Əslində, bu, belə də olmalıdır. Sürücü ilə sərnişinlərin təması sıfır olmalı, sürücünün diqqətini dağıdacaq hər hansı vasitə, hal olmamalıdır. Bu, təhlükəsizliyin ən ümdə şərtidir. Sükan arxasında siqaret çəkmək, mobil telefonla danışmaq, musiqiyə qulaq asmaq qəti qadağandır. Nəinki bu sadaladığım hallar, sürücü sükan idarə edirsə, hətta başqa birisiylə, o cümlədən sərnişinlə də söhbət eləməsi də yasaqdır. Sükan arxasında əyləşmiş sürücü yalnız idarəetməyə diqqət etməlidir. Başqa heç bir hal, onun fikrini yayındırmamalıdır. Qaydaları pozan sürücülər sərnişinlərin həyatı üçün real təhlükə yaradır. Yol-nəqliyyat qəzalarının sayının azaldılması məqsədilə bu cür qayda pozan sürücülər ciddi şəkildə cərimələnməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə