“Nəqliyyat sistemində xərclərlə bağlı hesabatlılıq təmin edilir”
Fidan Həmişəyeva
09:28 15.02.2021
Cəmiyyət
693
“Bu məqsədlə də qeyd edilən 4 təsərrüfat sistemlərinə nəzarəti İnvestisiya Holdinqinə verirlər”
Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Qeyd olunan 4 qurumun fəaliyyəti ilə bağlı müəyyən neqativ məqamlar var. Müxtəlif tədbirlərin görülməsinə baxmayaraq mövcud problemlər aradan qalxmır. Bu baxımdan həmin qurumların fəaliyyətinə nəzarət artıq İnvestisiya Holdinqin nəzarətinə verilib. Məhz bundan sonra müsbət nəticələrin əldə olunacağı gözlənilir.
Prezidentin sərəncamını “Sherg.az”a dəyərləndirən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov belə bir qərarın gözlənilən olduğunu bildirib:
“Artıq İnvestisiya Holdinqinin nizamnaməsi təsdiq olunub. Holdinq dövlətin tabeliyində olan təsərrüfat subyektlərinin vahid idarəetməsini həyata keçirmək və həmin qurumlardan hesabatlar qəbul etmək məqsədilə yaradılıb. Məsələn, dövlət BNA-ya avtobuslar alır, hər il dotasiya verir. Lakin bu sahədə neqativliklər aradan qalxmır. Adı çəkilən 4 qurum dövlətdən əhəmiyyətli dərəcədə pullar alır. Belə olan halda çəkilən xərclərin idarəsi ilə bağlı hesabatlılığı təmin etmək üçün vahid sistem tətbiq etmək lazımdır. Bu məqsədlə də qeyd edilən 4 təsərrüfat sistemlərinə nəzarəti İnvestisiya Holdinqinə verirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat