Nəticə çıxarmalıyıq !- “Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz”
Şəymən Bayramova
06:07 20.06.2020
Cəmiyyət
778
“O cür acınacaqlı vəziyyətin ölkəmizdə yaşanmaması üçün hər bir Azərbaycan vətəndaşı sosial məsafənin qorunmasına, tibbi maskalardan istifadəyə və əllərinin yuyulmasına diqqət yetirməlidir”
Koronavirusa qarşı mübarizə çərçivəsində dövlətimiz tərəfindən epidemiyanın qarşısının alınması ilə bağlı bir sıra mühüm tədbirlər görülüb. Bu sahədə işlər hələ də davam etdirilir. Lakin bəzi vətəndaşlarımızın karantin rejiminin yumşaldılması zamanı laqeydlik və məsuliyyətsizlik nümayiş etdirərək qaydaları pozması
nəticəsində yoluxma sayının artması ölkədə xoşagəlməz hal yaradıb.
Məhz vətəndaşların qaydalara riayət etməməsi nəticəsində vəziyyət yenidən mənfiyə doğru inkişaf etməyə başladı.
COVİD-19-a yoluxma hallarının sayının artması isəç ölkədə yenidən məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi zərurəti yaratdı.
Bu məqsədlə də Azərbaycanda karantin rejiminin avqustun 1-dək uzadılması barədə qərar qəbul olunub.
Eyni zamanda respublikanın bir sıra şəhər və rayonlarında iki həftəlik,
iyunun 21-i saat 00.00-dan iyulun 5-i saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək.
İndi vətəndaş olaraq cəmiyyət qarşısındakı məsuliyyətimizi dərk edib qaydalara və tövsiyələrə riayət etməklə üzləşdiyimiz bu bəladan xilas olmalıyıq.
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva isə deyib ki, xəstəxanalarda çarpayı sayı və tibbi personal məhdud sayda olduğundan yoluxma müəyyən həddi keçərsə, yeni yoluxan xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemlər yarana bilər. Hətta elə bir vəziyyət yarana bilər ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz:
“Biz Avropa yaşanan hadisələrdən nəticə çıxarmalıyıq. Həmin ölkələrdə xəstələri xəstəxanalarda yerləşdirmək üçün yerlər tapılmırdı. O cür acınacaqlı vəziyyətin ölkəmizdə yaşanmaması üçün hər bir Azərbaycan vətəndaşı sosial məsafənin qorunmasına, tibbi maskalardan istifadəyə və əllərinin yuyulmasına diqqət yetirməlidir. Bu qaydalara əməl etməyən insanların məsuliyyətsiz davranışları səbəbindən ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi, sərt karantin tədbirlərinin tətbiqinə zərurət yaranır".
Mövcud situasiyadan iki həftəlik sərt karantin tədbirlərinin tətbiqinin qaçılmaz olduğunu vurğulayn ekspertin fikrincə, belə tədbirlərin həyata keçirilməsi yoluxma sayı azalana qədər davam etməlidir. Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlərin tətbiqini istəmirlərsə, vətəndaşlar qaydalara əməl etməlidirlər. Əks halda dövlət yenidən sərt karantin tədbirlərinim tətbiq etməli olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə