Nəticə effektiv deyil: “İstirahət mərkəzlərinə axın narahatlıq yaradır”
Şəymən Bayramova
14:08 16.06.2020
Cəmiyyət
1003
Son günlərin koronavirus statistikası ürəkaçan deyil. Pandemiya hələ də öz təsirini saxlamaqda, hətta gücləndirməkdədir. Vətəndaşların davranışı isə real təhlükəyə adekvat deyil.
Hələ də bir çox vətəndaşlarımız və sosial şəbəkələrdəki “ekspertlər” bu pandemiyanı şübhə altına alır, bütün dünyanı diz çökdürən bu bəlaya qarşı etinasız münasibət göstərirlər. Məhz insanların virusa oyun kimi baxması fonunda hökumət yenidən sərt karantinlə bağlı müəyyən qərarlar verməyə məcbur oldu.
İlk dəfə iyunun 6-ından 8-nə qədər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bəzi şəhərlərdə tətbiq edilən karantin rejimi ciddi ajiotaja səbəb oldu.
Qərar açıqlandıqdan sonra insanlarımız çörək üstündə az qala davaya çıxdılar. 1 çörək lazım olan ailədə ikisi-üçü birdən alındı.
Üstəlik də, nə sosial məsafə qorundu, nə də maska taxan oldu.
Hamı evdən bayıra çıxmayacağı iki-üç gün üçün bazarlıq etməyə çalışırdı.
14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək başlayan üçgünlük ev təcridi isə nisbətən sakit keçdi. Nə marketlərdə aclıq xaosu yaşandı, nə də küçələrdə polislə "qaçtı- tutdu" oynayan insanlar oldu.
Mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirən millət vəkili Fazil Mustafa isə hesab edir ki, ölkə üzrə ilk dəfə elan edilən 2 günlük sərt karantin rejiminin o cür ajiotaj yaradacağı gözlənilən idi. Çünki Azərbaycan bu təcrübədən ilk dəfə idi istifadə edirdi:
"Xüsusi karantin rejiminin yumşalması istiqamətində verilən müəyyən qərarlardan sonra şəhərdə həyat öz axarı ilə davam edirdi. İnsanlar sanki pandemiya bitibmiş kimi hərəkət edirdi. Həftəsonu karantini isə birdən-birə hər bir hərəkəti, hər bir lazımi işləri qapatdı.
Bu cür şəraitə öyrəşməyən insanlar vəziyyətə uyğunlaşmaq üçün ərzaq dükanlarını evlərə daşıdılar. İkinci karantində isə insanların bir qismi ötən dəfə baş verən anlaşılmazlıqlardan, məsuliyyətsizliklərdən ibrət götürüb iki gün evdə qalsalar da , nəticə yenə də effektiv deyil. Bu dəfə də insanlar istirahət mərkəzlərinə axın etdilər.
Bu da yoluxmanın artması baxımından kifayət qədər narahatlıq yaradan məsələdir. Fəaliyyətinə məhdudiyyət qoyulmayan istirahət mərkəzlərinin hamısı dolu idi. Marketlərdə insident, polisə qarşı təxribatlar olmaması müsbət hal kimi dəyərləndirilsə də, insanlarımızın vətəndaş məsuliyyəti nümayiş etdirdiyini deyə bilmərəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə