
Növbə psixoloqlara da çatdı - AÇIQLAMA
Yusif Nəzərli
01:33 19.02.2025
Cəmiyyət
695
Düzgün sertifikasiya keçirilərsə, savadsızların meydanda olmasının qarşısı alınar
“Etik normaları bilməyən, kobud danışığı, qeyri-etik davranışı olanları efirə dəvət etməsinlər. Onlar efirə dəvət edildikcə, bəzi verilişlər də reytinq ardınca qaçdıqca, saxta psixoloqlar da çoxalacaq, saxta həkimlər də...”
TV-lərdə meydan sulayan psixoloqların da sertifikasiyaya cəlb olunacağı gün uzaqda deyil. Necə ki burun-dodaq dəyişə-dəyişə insanların həyatına təhlükə yaradan plastik cərrahlarla bağlı nəhayət tədbir görülür, eləcə də imitasiya ilə məşğul olan “psixoloq”lara da əncam çəkiləcək. Birisi efirdə “adam kasıbdırsa, günah özündədir”, deyirsə, o nəinki psixoloq, ümumiyyətlə, normal insan sayılmaz. Hərçənd belələri efirlərin “sevilən qonağı” olur, verilişdə əda ilə əyləşib, psixoloji yardım təklif edir. Getdikcə sayları çoxalan, hərəsi bir klinika, mərkəz açan “psixoloqları” meydandan çıxarmanın üsulu nədir?
Təcrübəli psixoterapevt Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sertifikasiyanın keçirilməsi müsbət olardı, lakin bu, gözlənilən nəticəni verəcəkmi, mühüm olan budur:

- İlk olaraq gəlin baxaq; məktəb psixoloqları hələ sertifikasiyadan keçir. Effekt nədir, nə görürük, nə dəyişiklik var, hansı irəliləyiş var, biz onların işində müsbət dəyişkilik, yenilik görürükmü?.. İkincisi, psixoloqların sertifikasiyası niyə də olmasın? Məncə, sertifikasiyadan keçməlidirlər, həm psixoloqlar, həm loqopedlər. Hər ikisi də. Ölkədə xeyli sayda psixoloq, loqoped fəaliyyət göstərir. Savadlı, savadsız - hər kəs işləyir. Bu sahəyə bələd olmayan saxta psixoloqlar, imitasiya ilə məşğul olanlar var. Düzgün sertifikasiya keçirilərsə, hesab edirəm ki, savadsızların meydanda olmasının qarşısı alınar.
F. Mehmanqızı qeyd etdi ki, sertifikasiyanın keçirilmə qaydası əhəmiyyətlidir:
- Sertifikasiya üçün suallar, tapşırıqlar kimlər tərəfindən, necə tərtib olunur? Bu, çox vacibdir. Çünki bir var, praktik psixologiya, bir də var nəzəri. Psixoloq var ki, nəzəriyyəni əla bilir. Alimdir, professordur. Amma uşaqlarla, insanlarla işləyə bilmir, çünki təcrübəsi yoxdur. Müəllimlik də belədir. Müəllim var, nəzəriyyəni yaxşı bilır, amma şagirdə, tələbəyə öyrədə bilmir, biliyini çatdıra bilmir. Sertifikasiyada qoyulan suallara nəzəriyyəni əla bilən şəxs yaxşı cavab verəcək, gərəkən balı toplayacaq və işləməyə icazə əldə edəcək. Amma işləyə bilməyəcək, çünki təcrübə keçməyib. Necə ayırd ediləcək, işləyə bilənlə, işləyə bilməyən? Sertifikasiya biliyin yoxlanmasıdır. Bunun mənəvi dəyərlərlə heç bir əlaqəsi yoxdur. Sertifikasiya peşə etikasına təsir etməyəcək. Bu qədər müəllimlər, həkimlər sertifikasiyadan keçirilir, nəticə nədir? Yenə də biz müəllimlərin də, həkimlərin də səhv, yanlış hərəkətlərini, davranışlarını görürük. Amma o danışığını bilməyən “psixoloqlar” ki var, onlar düz edir, halaldı onlara. Verilişlərə belələrini çağırırlar. Reytinq xətrinə onlara meydan verəndə belə olacaq. O cür ekspertləri, danışığını bilməyənləri bilərəkdən çağırırlar efirə. Biri çıxıb cinsiyyətdən danışır, biri kasıblıqdan. Bunlar “haqqın yolunu” tapıblar. Bu cür psixoloqlar efirə dəvət edilirsə, televiziya rəhbərlərinin səhvidir. Kanal rəhbəri görmür, o kimdir? Qadağa qoysun belələrinə. Onlara sertifikasiya neyləyəcək? Sertifikasiya danışığını düzəldir, mədəni səviyyəsini artırır, nədi? Etik normaları bilməyən, kobud danışığı, qeyri-etik davranışı olanları efirə dəvət etməsinlər. Onlar efirə dəvət edildikcə, bəzi verilişlər də reytinq ardınca qaçdıqca, saxta psixoloqlar da çoxalacaq, saxta həkimlər də.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi