Növbəti erməni vəhşiliyi ! – Hərbçimizin meyitini yandırıblar ! - Hərəkətə keçildi !
Fidan Həmişəyeva
15:31 07.01.2021
Cəmiyyət
647
“Əlbəttə, bütün bunlar beynəlxalq hüquqa ziddir”
“Beynəlxalq qurumlar qarşısında məhkəmə sisteminin təşkil edilməsi ilə bağlı ölkəmizin tələbləri olacaq”
Əsir götülmüş azərbaycanlı hərbi qulluqçunun cəsədi erməni silahlı dəstələri tərəfindən yandırılıb. Bununla bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb. Azərbaycanda hərbçimizin meyitinin yandırılmasında iştirak edən erməni hərbçiləri barəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edilib.
Vurğulanır ki, hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülür. Həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.
Beynəlxalq hüquq və geosiyasıət üzrə professor Əmir Əliyev erməni vəhşiliyinin beynəlxalq müstəvidə ifşa olunması barədə “Sherg.az”a danışıb. Professor söyləyib ki, emənilər törətdiyi vəhşiliklər müharibə cinayətlərinin tərkib elementlərindən biridir:
“Meyitlər üzərində təhqirqamiz hərəkətlər, yandırılma, müxtəlif işgəncələr bu elementlərdən biridir. 1949-cu il Cenevrə Konvensiyasında həmin faktlar yer alıb. Əvvəllər də Azərbaycan Respublikası Baş Prokurorluğu ermənilərin törətdiyi vəhşiliklərlə bağlı müvafiq cinayət işi qaldırıb. Bu da onların tərkib hissələrindən biridir.
Artıq gələcəkdə beynəlxalq qurumlar qarşısında məhkəmə sisteminin təşkil edilməsi ilə bağlı ölkəmizin tələbləri olacaq. Onsuz da Ermənistan açıq şəkildə müharibə cinayətlərini edir.
Əlbəttə, bütün bunlar beynəlxalq hüquqa ziddir. Azərbaycan əsgərinin meyitinin yandırıraq sosial şəbəkələrdə yayıblar. Bu, beynəxalq humanitar hüquq normalarına meydan oxumaqdır.
Baş Prokurorluq tərəfindən faktlar yığılaraq müvafiq cinayət işi qaldırılıbsa, dövlətimiz beynəlxalq qurumlar qarşısında bu məsələni qaldıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat