“O torpaqlara qayıtmasaq, şəhidlərin ruhu bizi bağışlamaz!”
Turan
11:08 12.02.2021
Cəmiyyət
790
Seymur Verdizadə: “Bundan sonra heç kim evimizdə ağalıq edə bilməyəcək”
Məlum olduğu kimi Prezident İlham Əliyevin təlimatına əsasən, məcburi köçkünlərimizin doğma yurdlarına, işğaldan azad olunmuş torpaqlarımıza qayıdışı ilə bağlı köçkünlər arasında sorğu aparılır. Məqsəd bərpa prosesindən sonra Qarabağa qayıdacaq insanların sayını müəyyən etməkdir. Bu proses təkcə Bakıda deyil, məcburi köçkünlərin məskunlaşdığı bütün şəhər və rayonlarda həyata keçiirlir.
Əslən Cəbrayıl rayonundan olan jurnalist, “Yenisabah.az” saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə “Sherg.az”a açıqlamasında sorğuda iştirak etdiyini bildirib.
Baş redaktor qeyd edib ki, ailə üzvlərinin iştirakı ilə yaşadığı ərazinin mənzil-istismar sahəsinin əməkdaşlarını maraqlandıran bütün suallara cavab verib:
“Cəbrayıl işğaldan azad olunduğu gün mövqeyimizi bildirmişik. Qarabağa qayıdan ilk ailə biz olacağıq. Qarabağı görməyən övladlarım da mənimlə eyni fikirdədirlər. Biz ailəlikcə ata yurdumuza dönüb oranı cənnətə çevirəcəyik”.
Seymur Verdizadə deyib ki, təkcə onlar deyil, yaxın qohumları, həmkəndliləri də sorğuda iştirak ediblər:
“Hamı geri qayıtmağı səbirsizliklə gözləyir. Məcburi köçkünlərin böyük əksəriyyəti geri qayıdacaq. Qarabağın hər qarışı vətən övladlarının qanı ilə sulanıb. O torpaqlara qayıtmasaq, şəhidlərin ruhu bizi bağışlamaz!”.
Baş redaktorun sözlərinə görə, qarabağlıların öz ata-baba yurduna qayıtması bölgədə fərqli siyasi şərait yaradacaq:
“Biz ermənilər kimi rus çarı ilə İran şahının gizli anlaşması nəticəsində Qarabağa köçməmişik. Qarabağ bizim ana vətənimizdir. Biz bu torpağın gerçək sahibləriyik. Ermənilər anlamalıdırlar ki, torpağın əsl sahibləri geri qayıdır. Bundan sonra heç kim bizim evimizdə ağalıq edə bilməyəcək. Qonaq ya ev sahibinin müəyyənləşdirdiyi qaydalara əməl etməli, ya da cəhənnəm olub getməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı