Obyektlər niyə YANIR ? – Mütəxəssis səbəbləri sadalayır
Fidan Həmişəyeva
11:58 12.05.2020
Cəmiyyət
939
“Obyektlərdə təhlükəsizlik məsələsi, bəlkə də, ən axırıncı müzakirə mövzusudur. Ona görə də bu cür hadisələr qaçılmaz olur”
Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yenidən yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, "EvroHome" tikinti materialları bazarında 5 ay bundan əvvəl də güclü yanğın olmuşdu. Eyni bazarda davamlı olaraq yanğının baş verməsi həmin obyektdə müvafiq çatışmazlıqlardan xəbər verir.
Təhlükəsizlik üzrə ekspert“Sherg.az”a açıqlamasında bildirib ki, eyni obyektdə analoji olaraq bir hadisənin ikinci dəfə təkrarlanması burada idarəetmədə ciddi problemlərin olmasından, aradan qaldırılmayan nöqsanların və obyektin hər hansı fövqaladə vəziyyətə qarşı müdafiə sisteminin lazımi səviyyədə olmamasından yanğın təhlükəsizyilinə dair mühafizə sisteminin təşkil edilməməsindən xəbər verir:
Ekspert qeyd edib ki, bu cür hadisələrdən heç bir obyekt sığortalanmayıb:
“Ancaq qarşısının alınması, dəyə biləcək maddi və ya mənəvi zərərin azaldılması, ən başlıcası isə insanların həyat və sağlamlığına təhlükənin minimal səviyyədə olması üçün mütləq önləyici təhlükəsizlik tədbirləri görülməlidir. Bunun təsədüf olması da bilinmir. Hər iki yanğın hadisəsi iş vaxtında baş verməyib. Birinci hadisə səhər saatlarında təxmini 8-də, ikinci isə gecə saatlarında təxmini 10-11 arası olub. Bu vaxtı isə obyektdə yalnız mühafizə xidməti olur”.
Ekspertin sözlərinə görə, yanğın hadisələrinin demək olar ki, çoxu elektrik qısaqapanmasından baş verir:
“Niyə elektrik naqilləri çox yüklənsin? Naqillər obyektin elektrik sərfiyyatına uyğun olmalı və alındığı şirkətdən keyfiyyətinə dair sertifikatlaşdırılmış formada istifadə edilməlidir ki, yüklənmə yaxud hava şəraitindəki dəyişiklik səbəbindən qızma, tüstüləmə və alışma olmasın. Hadisənin haradan qaynaqlandığı araşdırılmalıdır. Həmçinin yanğının nədən başladığı, hadisəni ilk görənin kim olduğu və nə vaxt gördüyü, gördükdən sonra hansı tədbiri yerinə yetirdiyi yoxlanmalıdır. Eyni zamanda bundan öncə hər hansı yanğın təhlükəsizliyinin pozulması halları aşkar olunduğu, olunubsa, hansı tədbirlərin görüldüyü, yanğın təhlükəsizliyinə cavabdeh şəxsin olub-olmaması dəqiqləşdirilməlidir. Hadisədən öncəki günlərdə hansı nöqsanlar aşkar edilib və nə kimi tədbirlər görülüb kimi suallar meydana çıxır. Bu, hadisənin hansı səbəbdən baş verməsini aydınlaşdırıb ortaya nəticə qoymağa gətirib çıxardır”.
E.Nurəliyev bildirib ki, bir çox obyektlər bir çox obyektlər təhlükəsizlik məsələsinə ciddi yanaşmır:
“Yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və əməyin mühafizəsi, iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, fövqəladə vəziyyətdə davranış qaydaları, işçilərin ilkin tibbi yardım haqqında biliklərinin olmasına, sanitar-gigiyena qaydalarına, elektron – informasiya təhlükəsizliyi kimi vacib nüanslara diqqət yetirilmir. Demək olar ki, bu sahəyə maraq yoxdur. Obyektlərdə təhlükəsizlik məsələsi bəlkə də ən axırıncı müzakirə mövzusudur. Ona görə də bu cür hadisələr qaçılmaz olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya