Öldüyü güman edilən Mahir Carayevin atası: Onun sağ qaldığını bu gün öyrəndik
Yusif Nəzərli
15:14 26.12.2024
Cəmiyyət
527
Aktauda qəzaya uğrayan AZAl-a məxsus sərnişin təyyarəsində olan Mahir Carayevin atası oğlunun sağ olduğunu bu gün öyrənib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə olan, hadisə zamanı xəsarət alan Mahir Carayev bu gün axşam saatlarında xüsusi reyslə Azərbaycana gətiriləcək.
Mahir Carayevin atası, Zaqatala rayonunun Danaçı kənd sakini Əsədullah Carayev "Report"un yerli bürosuna bildirib ki, oğlu ailəsi ilə birlikdə Çeçenistanda yaşayıb:
“Oğlum tez-tez Danaçı kəndinə gələrək bizə baş çəkərdi. Hadisə növbəti dəfə geri qayıdarkən baş verib. Mənə axşama kimi heç bir xəbər verməyiblər, gizlədiblər məndən. Axşam oğlumun uçduğu təyyarənin qəzaya uğradığını öyrəndim. Onun sağ qaldığını bu gün bildik. O, hazırda reanimasiyadadır".
Carayevlər ailəsinin yaxın qohumu Asiyət Laçınova bildirib ki, dekabrın 25-də Mahirin ölüm xəbərini alıblar. Bu gün isə evə edilən bir zəng onların ürəyini rahatladıb:
"Çox həyəcan keçirdik, qorxduq, amma Mahirin sağ qalma xəbərini alıb sevindik. Kaş ki hamıya bizim kimi o şad xəbərdən veriləydi. Allah qəzada həlak olanlara ölənlərə rəhmət eləsin. Yaralılara şəfa diləyirəm"
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərdən 10-u Zaqatala rayonundan olub.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm