Ölkədə oğlan uşaqlarının çox doğulması müsbət haldır, amma...
Aynur Babazadə
09:46 19.07.2020
Cəmiyyət
1053
Bu ilin 6 ayı ərzində 60.094 doğum dövlət qeydiyyatına alınıb. Ədliyyə Nazirliyindən bildirilib ki, onlardan 32.074-ü oğlan, 28.020-i qız cinsindən olub. Həmçinin 1.422 əkizin, 81 üçəmin doğumu qeydə alınıb. Statiskaya görə həmişə oğlan uşaqları üstünlük təşkil edir?
Mövzuyla bağlı “Sherg.az” a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ölkədə oğlan uşaqlarının çox doğulması müsbət haldır, amma... Amması da var:
“Oğlan uşaqlarının çox doğulması yaxşı əlamətdir. Amma təəssüf ki, bu, təbii yolla baş vermir. Uşağın cinsiyyətinin qız olduğunu bilən valideynlər çox vaxt həmin uşaqları məhv edirlər. Bunun özü dəhşətli hadisədir. Valideynlər öz uşaqlarının qətli ilə bağlı qərar qəbul edirlər. Qorxunc olan məsələnin mənəvi tərəfidir. Valideynlərdə mənfi xüsusiyyətlər formalaşır. Övladının “qatil”i olan valideynlərdə psixoloji dəyişikliklər baş verir və onlar zərbə alırlar. Bu məsələyə diqqəti daha çox yönəltməliyik.
Oğlan uşaqlarının çox doğulmasının yaxşı tərəfi nədir? Oğlan uşaqları 20 yaşına çatdıqda ölkədən gedir, qəza və müharibələrdə ölürlər. Statiskaya görə xarici ölkələrə gedən oğlanların sayı qızlardan çoxdur. Biz müharibə şəraitində olan ölkəyik. Oğlan uşaqlarının 7-8 faiz çox doğulması yaxşı haldır və bizim ordumuza dəstəkdir.
Neçə ildir ki, mətbuatda bu məsələnin qoyuluşunu düzəltməyə çalışıram. Oğlanlarımız böyüyəndə kiminlə evlənəcək fikri yaranır. Burada əsas məsələ xoşbəxt ailənin qurulmasıdır. İstəyirik ki, hazırki dövrdə olduğu kimi 100 evlənəndən 30-u boşanmasın. Bu məsələyə, genefondumuza diqqət etmək lazımdır. Oğlan uşaqlarının sayının artması statistik, demoqrafik cəhətdən yaxşı haldır, mənəvi cəhətdən isə fəlakətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə