“Ölkədəki neqativ hallar məmur özbaşınalığından irəli gəlir” - Nəzarət güclənir !
Fidan Həmişəyeva
14:21 19.01.2021
Cəmiyyət
624
“Ölkə başçısı hər zaman məmurlara ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar edib”
“Prezident dəfələrlə qeyd edib ki, bütün cəmiyyət inkişafla yanaşı ictimai nəzarəti və şəffaflığı təmin etməlidir”
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibəsində mühüm məqamlara toxunub. O, qeyd edib ki, ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb:
“Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək”.
Ölkə başçısının sözlərinə görə, əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir:
“Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var”.
Prezidentin çıxışını “Sherg.az”a dəyərləndirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, ölkə başçısı hər zaman məmurlara ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar edib:
“Cənab Prezident dəfələrlə qeyd edib ki, bütün cəmiyyət inkişafla yanaşı ictimai nəzarəti və şəffaflığı təmin etməlidir. Hər birimiz bu çağırışlara dəstək vermişik. MQF olaraq bütün fəaliyyətimizdə ictimai nəzarətin və şəffaflığın gücləndirilməsi istiqamətində işlər görürük”.
R.Zeyni vurğulayıb ki, cəmiyyətimizdə baş verən neqativ hallar məmur özbaşınalığından irəli gəlir:
“Vətəndaş cəmiyyətinin güclənməsi, yerli və icra hakimiyyəti orqanlarında ictimai şuraların fəaliyyətinin yaradılması üçün vətəndaşın tələblərinə uyğun şəkildə işlər görülməlidir. Ölkə başçısı hər zaman deyir ki, fəaliyyətimizin mərkəzində vətəndaş dayanır. Onların mənafelərinin müdafiə olunması üçün dövlət qərarlarının qəbul olunmasında ictimai iştirakçılıq yüksək səviyyədə olmalıdır.
2014-cü il iyunun 1-dən “İctimai iştirakçılıq haqqında” Qanun qüvvəyə minib. Lakin hələ 11 qurumda ictimai şuralar yaranıb. Bütün dövlət qurumlarında, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında qanunun tələblərinə uyğun olaraq ictimai şuralar yaradılmalıdır.
Prezidentin köməkçisi Hikmət Hacıyevin bununla bağlı həm QHT-lər, həm də yerli və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüşləri olub. İnanıram ki, bu fəaliyyətlərin hər biri yaxın gələcəkdə böyük effekt verəcək.
Beləliklə, qarşımıza qoyduğumuz məqsədləri yerinə yetirmək üçün böyük imkanlar qazanacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat