"Prezidentimiz bu çıxışı ilə xalqı səfərbərliyə, milli birliyimizi qorumağa çağırdı"
“Ölkəmiz bu çətinlikdən uğurla çıxacaq” - Deputat
Banuçiçək Kalbalıyeva
11:55 15.04.2020
Cəmiyyət
665
"Ölkəmizdə belə hesabat xarakterli rüblük, yarımillik və illik müşavirələr ənənəyə çevrilsə də, qeyd etməliyəm ki, dünyanın və ölkəmizin qlobal təhlükə ilə üzləşdiyi, mübarizə apardığı bir zamanda bu müşavirənin xüsusi önəmi var”.
Bu sözləri "Sherg.az"a vəkili Məlahət İbrahimqızı Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübündəki sosial- iqtisadi vəziyyətə dair keçirdiyi videokonfrans barədə danışan millət deyib.
Xanım parlamentarinin sözlərinə görə, bir tərəfdən ilin ilk rübündə görülən işlərin keçən ilin müvafiq rübü ilə müqayisəli təhlili olsa da, sanki, Prezidentimizin müşavirənin açılışında və müşavirə boyu çıxışında səsləndirdiyi fikirlər təkcə hökumət üzvlərinə, icra strukturlarının yüksək vəzifəli şəxslərinə deyil, eyni zamanda, ictimaiyyətin bütün üzvlərinə ünvanlanmışdı:
“Videokonfransda səslənən fikirlər ölkədə koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmaq üçün mühüm əhəmiyyətə malikdir. Əslində rəsmi olaraq fövqəladə vəziyyət elan olunmasa da, problemin dünyada fövqəladə bir durum yaratmasını nəzərə alaraq möhtərəm Prezidentimiz bu çıxışı ilə bir daha xalqı səfərbərliyə, milli birliyimizi qorumağa çağırdı. O, çıxışında kimliyindən, tutduğu vəzifədən və siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlətçiliyimizin, müstəqilliyimizin, azadlığımızın, milli birliyimizin, iqtisadi müstəqilliyimizin, maliyyə sabitliyinin qorunmasında hər kəsin çox ciddi məsuliyyətinin olduğunu xüsusi vurğulayırdı. Prezidentin təbirincə desək, əsas məqsədimiz siyasi sistem yaratmaq və tutduğumuz demokratik yolla daha qəti addımlarla irəliləməkdir".
M. İbrahimqızı, həmçinin ölkəmizin bu çətinlikdən uğurla çıxacağına inamını ifadə etdi:
"Təqdirəlayiq haldır ki, ölkəmizdə qabaqlayıcı tədbirlər öncədən görülməsəydi, bəlkə də, itkimiz dəfələrlə çox olardı. Sözsüz ki, bu, dövlət başçımızın uzaqgörənliyinin və qəbul etdiyi qərarların doğruluğunun nəticəsidir. Bu gün koronavirusun ölkəmizdə yaratdığı durumun ciddi nəzarətdə olması, bu xəstəliklə mübarizə üçün yaradılmış şəraitin dünyanın ən böyük ölkələri arasında yer alması göstərir ki, ölkəmiz bu təhlükədən ən az itki ilə çıxacaqdır. Qeyd etmək lazımdır ki, hələ pandemiya özünün “çiçəklənmə” dövrünü yaşayır. Artıq hətta bir çox inkişaf etmiş dövlətlər dərin iqtisadi böhran içindədirlər və borc üçün beynəlxalq maliyyə-valyuta fondlarına və eləcə də, Dünya Bankına müraciət edirlər. Fəxrlə deməliyik ki, məhz dövlət başçısının düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir ki, ölkəmizin adı bu siyahıda yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm