Ölkənin heç bir ərazisi virusdan sığortalanmayıb
Şəymən Bayramova
10:12 30.07.2020
Cəmiyyət
756
Ancaq insanların aylarla evə qapanması da ən az virus qədər təhlükəli haldır
Bütün gün havasız mühitdə, hərəkətsiz oturmaq ürək, şəkər və digər xroniki xəstəlikləri olan insanların həyatı üçün də risk faktorudur
Növbəti həftədən rayonlara gediş-gəlişin bərpa olunacağı gözlənilir. Gündəlik yoluxma sayının azalan temp üzrə sabitləşməsi insanlarda sərt karantin rejiminin ləğvinə, ya da karantin rejiminin yumşaldılmasına ümidləri artırır.
Təsadüfi deyil ki, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov da avqustun 5-dən sonra sərt karantin rejiminin ləğv ediləcəyinin anonsunu verib.
Sərt karantin rejiminin yumşaldılmasından yana olan Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, yumşalma zamanı rayonlara gediş-gəlişin bərpası gözlənilir. O deyib ki, vacib olmadıqca insanlar özünütəcridə üstünlük verməli, ünsiyyəti minimuma endirməlidirlər: "Güman olunur ki, yumşalma zamanı SMS icazə də ləğv edilsin, metronun fəaliyyəti də bərpa olunsun. Təbii ki, bütün bunlara sanitar-epidemioloji vəziyyət təhlil edildikdən sonra qərar veriləcək”
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri, AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı isə "Şərq"ə açıqlamasında deyib ki, qadağaların götürülməsi, karantin rejiminin yumşaldılması vətəndaşların davranış qaydalarından asılıdır:
"Qaydalara əməl etməyən insanlar həm özlərinin, həm də digərlərinin həyatını təhlükəyə atırlar. Bu da ölkədəki epidemioloji vəziyyəti çətinləşdirir. Hökumət əhalini qorumaq üçün hər nə qədər sərt addımlar atsa da, gözlənilən nəticəni ala bilmirik.
Deməli, insanlarımız daha məsuliyyətli olmalı və özlərini qorumağı bacarmalıdır. Virusdan ölkənin heç bir ərazisi tam sığortalanmayıb. Elə rayonlar var ki, orada kəndlərdə gediş-gəliş intensivdir və virusun yayılması halları var. Ona görə də rayonlara gediş-gəlişin bərpası zamanı insanlar ehtiyatlı olmalı və kütləvi məclislərdən uzaq dayanmalıdır".
Yoluxma riskinə rəğmən sərt karantin qaydalarının yumşaldılmasını zəruri hesab edən M.Zülfüqarlı hesab edir ki, insanların aylarla evə qapanması da ən az virus qədər təhlükəli haldır:
"İnsanları koronavirusdan qorumağa çalışarkən psixoz, nevroz kimi xəstəliklərin artmasına şərait yaratmaq da düzgün mübarizə üsulu deyil. Bütün gün havasız mühitdə, hərəkətsiz oturmaq ürək, şəkər və digər xroniki xəstəlikləri olan insanların həyatı üçün də risk faktorudur.
Bu mənada sosial izolyasiya və karantin tədbirləri barədə maarifləndirmə işlərinin əhatə dairəsini genişləndirməklə müəyyən yumşalmalara gedilməsinin tərəfdarıyam. Karantinə əməl etməyən insanlara görə hamını aylarla evə qapatmaq doğru deyil.
Yollar açılmalı və insanlara öz sağlamlıqlarının qeydinə qalmaq vərdişi aşılanmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya