Ombudsman Aparatından Ermənistanın Azərbaycana qarşı ekoloji terroru barədə məlumat
15:53 11.11.2020
Cəmiyyət
461
Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı bir aydan artıqdır ki, hücumlarını davam etdirirdi. Mülki əhalinin və infrastrukutun məqsədli şəkildə hədəfə alınması Beynəlxalq Humanitar hüququn kobud şəkildə pozulmasıdır və müharibə cinayəti hesab olunur.
Ombudsman Aparatından "Sherg.az" a bildirilib ki, Ermənistanın hərbi və siyasi rəhbərliyi mülki əhaliyə qarşı dövlət dəstəkli terror aktları törətməkdən çəkinmir. Cinayətkar dövlətin qadağan olunmuş silahlardan istifadə etməsi ziyan vurulmuş ərazinin miqyasını genişləndirib.
"Son çarə olaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyanı nəzərə almadan, ekoloji terror aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi məqsədləri üçün istifadə edib.
Milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulmuşdur. Şuşa şəhəri yaxınlığında meşə ərazilərindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yanıb. Nəticədə min illərdir formalaşan torpağın üst təbəqəsi tamamilə yanıb.
Bu müddət ərzində işğal olunmuş Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalıb.
Ümumi sahəsi 8000 hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. Ekspertlərin bildirdiklərinə görə, ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.
Bu ekoloji terrordur və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya