"Operativ Qərargah yumşalmadan sonra ehtiyatlanır"
Şəymən Bayramova
10:29 05.08.2020
Cəmiyyət
855
Adil Qeybulla: "Çimərliklərdə xüsusi təhlükə yoxdur"
Avqustun 5-dən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.
Çimərliklərin iş prinsipindən danışan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev xüsusi bir qayda olmadığını deyib. Onun sözlərinə görə, yeganə qayda insanların çimərliklərdən yalnız səhər saat 08:00-dan axşam 21:00-dək istifadəsi ilə bağlıdır.
Operativ Qərargahın sözügedən qərarını şərh edən professor, tibb eksperti Adil Qeybulla bir qrup alim tərəfindən Operativ Qərargaha təqdim olunan təkliflərdə ardıcıllığı gözləmək şərti ilə karantinin necə yumşaldılmasının öz əksini tapdığını xatırladıb: "Bizim istəyimiz karantin rejiminin ləğv edilməsi və karantin davranışlarının sərtləşdirilməsinə nail olmaq idi. Bu yolla həm sosial həyatı bərpa etmək, həm də insanların sağlamlığını qorumaq mümkün idi. Lakin Operativ Qərargah sərt karantin rejiminin mərhələli yolla sərtləşdirilməsini seçdi. Avqustun 31-dən sonra hansı qərarı verəcəklər bilmirəm. Operativ Qərargah may ayında olan yumsalmadan sonra ehtiyatlanır. Görünür, hissə-hissə yumşalmalar olacaq".
Bütün bunlara rəğmən çimərliyin açılmasını müsbət dəyərləndirən professor hesab edir ki, uzun müəddət evdə qalmaqdan insanların immun sistemi zəifləyib. Ən azından dəniz və günəş sayəsində əldə olunan D vitamini onlara virusla müqavimət göstərmək imkanı yaradacaq".
A.Qeybullanın sözlərinə görə, bəzi çimərliklərin insanları ailəvi, bəzilərinin isə tək-tək qəbul etməsi daha məqsədəuyğun olar:
"Həmçinin çimərliklər müəyyən təlimatlar əsasında fəaliyyət göstərməlidir. Bilirik ki, çimərliklərin əksəriyyəti özəldir. Təlimatların başlıca göstəricisi ondan ibarət olmalıdır ki, çimərliklər insanları öz sahəsinə uyğun qəbul etsinlər. Bu məsələ sosial məsafənin gözlənilməsi baxımından aktualdır. Çünki insanlar dənizə girib çıxır, sahildə otururlar. İnsanlar dənizə ya ailəvi, ya da tək gedir. Bundan asılı olaraq bəzi müəyyənləşmələr aparılmalıdır. Yaxşı olardı ki, istirahətə gələnləri bəzi çimərliklər yalnız ailəvi, bəziləri isə tək-tək qəbul etsin. Çünki çimərliyin sahəsindən asılı olaraq insanlar sosial məsafəni gözləməlidirlər. Buna əsas prinsip kimi riayət olunmalıdır. Çimərliklərdə dezinfeksiyaedici məhlullardan istifadə də yaxşı olardı. Açıq havada oturan və ya uzanan halda mümkün qədər bir-birilə məsafə saxlamaq məqsədəuyğundur. Çimərliklərdə xüsusi təhlükə yoxdur”.
Həftə sonu ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulduğunu xatırladan professor deyib ki, belə olan halda insanlar cimərliyə necə gedəcək? Kasıb adamlardır, bunlar nəzərə alınmayıb:
"Həftə sonu ictimai nəqliyyatın hərəkəti qadağan olunub, çox adamın da şəxsi avtomobili yoxdur. Buna görə çimərliklərə gediş-gəliş məsələsi nəzərə alınmalı idi. İnsanların çoxu günəmuzd işləyir. Onlar adi günlərdə nəyləsə məşğul olurlar, amma sonra?! Həftə sonunda çimərliyə necə getsinlər?! Məlumdur ki, çimərliyə piyada getmək mümkün deyil. Bəzi nüanslar diqqətdən qaçıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə