Ötən ay Səhiyyə Nazirliyinin Çağrı Mərkəzinə 11 mindən artıq müraciət olub
12:44 06.08.2020
Cəmiyyət
561
Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü Sevda Məmmədova yeni fəaliyyətə başlamış 814 Çağrı Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.
Oxu.Az-ın məlumatına görə, o, ilk növbədə bu ilin iyul ayından etibarən xidmət göstərən Çağrı Mərkəzinin əsas məqsədləri haqqında danışıb:
“Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı Mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir”.
İşçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə dəstək məqsədilə yaradılmış 814 Çağrı Mərkəzinin iş günləri və saatlarını da açıqlayıb, Onun sözlərinə görə, Çağrı Mərkəzi həftənin altı günü, bazar ertəsindən etibarən şənbə gününədək, səhər saat 8-dən axşam saat 8-dək fəaliyyət göstərir: "814 Çağrı Mərkəzində 40 nəfər operator çalışır. İyul ayı ərzində bura daxil olan zənglərin sayı 11 000-dən artıq olub”.
O qeyd edib ki, ağır simptomlu və hərarəti 38-dən yüksək olan xəstələr 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidir:
“814 Çağrı Mərkəzi tərəfindən poliklinikalarla əlaqə saxlama yolları və evdə müalicə prosesi ilə bağlı şikayətlər qeydə alınır. Çağrı Mərkəzinə daxil olan müraciətlər evdə müalicə olunan ağır xəstələrə tibbi xidmətin göstərilməsi ilə bağlı olur. Bu kimi hallarda vətəndaşlara bildirilir ki, ağır simptomlu, məsələn, 38 və daha yüksək dərəcəli hərarəti olan xəstələr mütləq xəstəxanaya yerləşdirilib, stasionar müalicə almalıdır, çünki onların vəziyyəti dəyişkəndir və hər an ağırlaşa bilər. Beləliklə, ağır simptomlu və yüksək qızdarmalı COVID-19 xəstələri 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidir. Daxil olan bütün müraciət və şikayətlər Çağrı Mərkəzi tərəfindən qeydə alınır və işçi qrupuna yönləndirilir. Müraciət və şikayətin növündən asılı olaraq işçi qrupunun müvafiq üzvü həmin məsələnin həlli ilə məşgul olur”.
S.Məmmədova qeyd edib ki, yalnız sahə həkiminin tərəfindən test etmək zəruriyyəti təsdiq olunduqdan sonra səyyar tibbi xidmət COVID-19 şübhəsi olan vətəndaşın ünvanına test almaq məqsədilə göndərilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm