Özbaşına tikintilərin qarşısının alınması üçün məsuliyyət sərtləşdirilir
Yusif Nəzərli
11:48 30.08.2025
Cəmiyyət
411
Özbaşına tikintilərin qarşısının alınması sahəsində məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanır.
“APA-Economics” xəbər verir ki, bu Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Sənədə əsasən, cari ilin 1 oktyabr tarixinə qədər, xüsusi şərtlərlə istifadə olunan ərazi zonaları (mühafizə, sanitar və sanitar-mühafizə zonaları), o cümlədən xətti obyektlərin və neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması ilə bağlı aidiyyəti qurumlar, mühafizə zonalarının yerləşdiyi torpaq sahələrinin sahibləri, istifadəçiləri, balanssaxlayıcıları, təsərrüfat subyektləri tərəfindən müvafiq tədbirlərin görülməsinin qanunvericilikdə nəzərə alınması ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması planlaşdırılır.
Yol Xəritəsinə görə, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla qanunsuz tikintilərin qarşısının alınması sahəsində qanunvericiliyin (o cümlədən nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin) təhlil edilməsi və nəticələri üzrə təkliflərin Komissiyaya təqdim edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol