Pandemiyadan xilas olmağın yolu: “Vətəndaş məsuliyyəti və milli həmrəylik tandemi vacibdir”
Şəymən Bayramova
10:04 13.06.2020
Cəmiyyət
799
“İndi hamımızın ümdə vəzifəsi dövlətin bununla bağlı müəyyənləşdirdiyi vahid yol xəritəsi üzrə hərəkət etməkdir
Koronavirus bəlası artan sürətlə davam edir. Görülən tədbirlərə baxmayaraq hər gün yüzlərlə yeni yoluxma halları qeydə alınır. Yoluxma sayının artmasının başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır.
Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.
Koronavirusun Azərbaycanda kütləvi şəkildə yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atıldığını vurğulayan millət vəkili Aydın Hüseynov ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görüldüyünü deyib.
Deputatın “Sherg.az”a açıqlamasına görə, pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu bəla ilə mübarizədə qabaqlayıcı kompeks tədbirlər görməyə başlayıb:
“Koronavirusun tezliklə bitməsi üçün hər kəsin öz vətəndaş məsuliyyətini dərk edərək milli həmrəylik göstərməsi mühüm əhəmiyyət kəsb edir. Vəziyyətin nə dərəcədə ciddi olduğunu anlayaraq maksimum şəkildə milli birlik nümayiş etdirməliyik.
Ümummilli səfərbərlik tələb edən pandemiya ilə mübarizə prosesində hamımızın öz fərdi və ictimai məsuliyyətimizi dərindən dərk edərək dövlətin yanında yer almağımız vacibdir. Bu günlərdə vətəndaş olaraq hamımızın qarşısında duran əsas vəzifə dövlətin müəyyənləşdirdyi qaydalara və karantin rejiminə ciddi riayət etməkdir. Əlbəttə, gündəlik həyat düzənimizin köklü şəkildə dəyişməsi bizi çətinliklərlə üz-üzə qoyub. Lakin bu halın müvəqqəti olduğunu düşünərək ailəmiz, yaxınlarımız və bütövlükdə Vətənimiz qarşısında məsuliyyətli davranmaq mənəvi borcumuzdur”.
A.Hüseynovun sözlərinə görə, vətəndaş məsuliyyəti və milli həmrəylik tandemi pandemiyanın cəngindən xilas olmaq üçün əsas qurtuluş yolumuzdur:
“İndi hamımızın ümdə vəzifəsi dövlətin bununla bağlı müəyyənləşdirdiyi vahid yol xəritəsi üzrə hərəkət etməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də xalqa müraciətində qarşımızda duran bütün vəzifələrin həllində milli birlik və həmrəyliyi əsas hərəkətverici, stimullaşdırıcı amil kimi səciyyələndirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə