“Pandemiyadan yaxa qurtarmaq hər bir vətəndaşın üzərində olan vəzifədir"
Şəymən Bayramova
14:58 04.07.2020
Cəmiyyət
710
"Operativ Qərargahın karantinin sərtləşdirilməsi ilə bağlı qərarını geçikdirilmiş addım sayıram. Bu tədbirlər may ayı boyunca, yoluxma sıfırlananadək davam etdirilməli idi".
Bu sözləri “Sherg.az”a açıqlamasında "Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib.
May ayında karantin rejiminin ciddi şəkildə yüngülləşdirildiyini vurğulayan baş redaktor hesab edir ki, məhz bu səbəbdən yoluxma pik həddə çatdı. Bununla da 2 ay çəkilmiş əziyyət heçə getdi:
"Bu gün sərt karantin qaydalarının yenidən tətbiqi o deməkdir ki, biz mart ayından bəri ötən müddəti itirdik.
Birbaşa topluma yönəlik qərarların qəbulu zamanı sosioloji, psixoloji amillər nəzərə alınmalıdır. Xalqımızın xüsusiyyətləri, qayda-qanuna münasibəti, özünə və ətrafa qarşı intizamlı yanaşması kimi amillər əsasında qərarlar qəbul edilməlidir.
Son iki gündə qərar verən qurumların narahatlıq dolu açıqlamaları, eyni zamanda, reydlərin, patrul xidmətlərinin gücləndirilməsi ümid yaradır ki, bu dəfə karantin rejimi sözün əsl mənasında tətbiq ediləcək. Kimsəyə güzəşt olunmayacaq.
Karantinin tədbirlərinin effektiv olacağına ümid yaradan digər səbəb koronavirusun varlığına inanların say faizinin artmasıdır. Təəssüf ki, bu inamı yaratmaq üçün artıq hər kəsin tanıdığı xəstə və virsudan ölənlərin olması rol oynadı. Həmçinin, iş yerlərinin uzun müddət bağlı qalması insanlarda böyük narahatlıq yaradır.
Bu da bir tərəfdən məsuliyyət hissi doğurur ki, bəla tezliklə sovuşsun. Hər kəs işinin başına, normal həyat ritminə dönsün.
İndi pandemiyada yaxa qurtarmaq artıq hansısa dövlət qurumlarının, səhiyyənin deyil, hər bir vətəndaşın üzərində olan vəzifədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə