Partiya sədrindən Prezidentə təbrik: “İlham Əliyev xalqa özünəinamı qaytaran liderdir”
Fidan Həmişəyeva
12:10 23.12.2020
Cəmiyyət
783
Dekabrın 24-ü, yəni sabah Prezident İlham Əliyevin doğum günüdür. Bütün fəaliyyətini, həyatını xalqına, xalqının rifahına həsr edən şəxsiyyətlərin, xalqın seçdiyi liderlərin yalnız doğum günü olur axı. Belə ki, ölkə başçısı 2003-cü ildən etibarən qarşıya qoyduğu strateji hədəflərə nail olmaq üçün, istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi. Ali Baş Komandan “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu.
Cənab Prezidentin siyasətində humanizm prinsipinin, vətəndaş amilinin aliliyi hər zaman özünü büruzə verib. Ölkə başçısı praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. Cənab Prezident Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi.
Ölkə başçısını doğum günü münasibətilə təbrik edən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a açıqlamasında qeyd edib ki, İlham Əliyev Prezident olmaqla yanaşı müzəffər Ali Baş Komandandır:
“Ölkə başçısı xalqımıza qələbəni, özünəinamı qaytaran liderdir. Bu qələbəyə gedən yol ölkənin neft strategiyasından, iqtisadiyyatın güclənməsindən və Azərbaycan Silahlı Qüvvələrinin müasir orduya çevrilməsindən keçir”.
Ölkə başçısının hərbi qələbə ilə yanaşı diplomatik sahədə də böyük uğurlar əldə etdiyini vurğulayan millət vəkili vurğulayıb ki, torpaqlarımız cənab Prezidentin siyasi iradəsi sayəsində azad edildi:
“Bu gün xalqımız və dövlətimiz qarşısında böyük hədəf dayanır: Qarabağı cənnətə çevirmək. Hər kəs vahid bir qüvvəyə çevrilərək, dəmir yumruqla düşmənə zərbə endirdi. Bütün bunlar ilk növbədə cənab Prezidentin tarixi missiyasıdır. Ölkə başçısı dövlətimizin güclənməsi və dünyada tanınması istiqamətində böyük işlər görür. Fikrimcə, xalqımız fəxr etməlidir ki, Ali Baş Komandanımız belə əsaslarla yaşayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi