Pavel Durov 100-dən çox uşağı olduğunu açıqlayıb

"Telegram"ın qurucusu mirasını hamıya bərabər paylamağı planlayır

Telegram və VK qurucusu Pavel Durov 100-dən çox uşağı olduğunu açıqlayıb və milyardlarla dollar sərvətini bütün uşaqlarına bərabər paylayacağını bildirib.

Sherg.az xəbər verir ki, Durov, Moskvadakı AltraVita klinikasında spermini bağışlayaraq qadınlara hamilə qalmaqda kömək edib.

41 yaşlı CEO Telegram-da paylaşdığı bir postda ən azı 12 ölkədə 100-dən çox uşağının olduğunu iddia edib. Bundan əlavə, Durovun üç fərqli anadan dünyaya gəlmiş, hamıya məlum olan daha 6 uşağı da var.

Durov mirasını hamıya bərabər paylamağı planlayır. “Donor No. 6” kimi tanınan Durov, sağlam həyat tərzi sürür, spirt və kofeindən uzaq dayanır və izləyicilərini idman və uzun yuxuya təşviq edir.

Durovun gizli bağış fəaliyyəti və çoxlu uşaqları Rus mediasında gündəmə gəlib və indi onun DNA-sını açıq paylaşmaq planları da var.