Paytaxtda parklanma işi hələ də səhmana salınmayıb
Məlahət Rzayeva
10:48 29.09.2020
Cəmiyyət
502
Halbuki, ortada hüquqi boşluq varsa, sürücülər heç bir ödəniş etməməlidir
Paytaxtda “parkinq” problemi yenə baş qaldırıb. Sürücülər avtomobillərini park edən zaman kimliyi, hansı qurumun əməkdaşı olduğu bilinməyən, mülki geyimli şəxslər sürücülərə yaxınlaşır və parklama üçün ödəniş tələb edirlər. Bu şəxslər səki kənarlarında, parklanma yerlərinə yaxın ərazidə dayanır və avtomobili park etmək istəyən sürücülərinin başının üstünü kəsdirir. Vəziyyətlə bağlı “Report” çəkiliş aparıb və videoda naməlum şəxslərin sürücülərdən haqq tələb etdiyi görünür.
Bir neçə ildir ki, bu vəziyyət davam edir. Sürücülər parklanma üçün hara, hansı quruma ödəniş etməli olduqları, ödədikləri pulun da, türkün məsəli, kimin cibinə getdiyini bilmirlər. Sürücülər deyir ki, ödəniş etməyəndə “nəzarətçi”lərdən söyüş eşidir, hətta, avtomobilə ziyan vururlar. Hansısa super-market və ya alış-veriş mərkəzi önündə dayanan “nəzarətçilər” ödənişləri həmin market və AVM sahiblərinə verdiklərini iddia edirlər.
Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması bir neçə il öncə xüsusi sərəncamla Bakı Nəqliyyat Agentliyinə həvalə edildi. Sərəncama görə, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər artıq BNA-nın nəzarətinə verilirdi. Lakin məsələ hələ də açıq qalır.
Parkinq üçün nəzərdə tutulan ödəniş terminalları bu gün də işləmir. Əlində çubuq (çomaq desək, daha doğru olar – red.) tutan şəxslər avtomobilini park etmək istəyən sürücülərdən azı 40 qəpik “qoparmamış” əl çəkmirlər.
Məsələ ilə bağlı «Şərq»ə danışan «Digesta» Hüquq Firmasının rəhbəri Ərşad Hüseynov bildirdi ki, ortada hüquqi boşluq varsa, sürücülər heç bir ödəniş etməməlidir:
- Bilirsiz ki, bir neçə il əvvəl paytaxtda avtomobillər üçün xüsusi parklanma yerləri təşkil edildi, onlara nəzarət də Bakı şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış quruma həvalə edildi. Lakin bu qurum işini düzgün təşkil etmədi.
Parklanma yerlərinə nəzarətin qurumun tabeliyindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilməsinin əsas səbəbi məhz bu idi. BŞİH ilə BNA arasında təhvil-təslim prosesi aparılmalıydı və terminallar BNA-nın nəzarətinə keçməli idi. Lakin problem hələ də həllini tapmayıb. Ödəniş terminalları işləmir. Parklanma üçün sürücülərdən tələb olunan məbləğin hansı ünvana çatacağı faktiki bəlli deyil. Çünki ortada hüquqi boşluq var.
Buna görə də kiminsə əlində çubuq və ya nəsə bir aparat tutub sürücüdən ödəniş tələb etməsinin özü qanunsuzdur. Kimlərsə yaranmış boşluqdan istifadə edir, fürsətçilik edirlər. Ödəniş terminallarının hansı qurumun tabeliyində olduğu bilinmədən, ödənişə görə rəsmi sənəd – qəbz alınmadan sürücülər heç kimə ödəniş etməməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Novxanıda gizli narkobunker aşkarlandı - VİDEO
16:54 08.06.2026
Hadisə
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
16:52 08.06.2026
Texnologiya
Şuşa ilə bağlı mühüm təklif: Bu, qadağan edilir
16:40 08.06.2026
Mədəniyyət
Toylardakı şabaşdan Rəşad Dağlıya da göndəririk - Xosrov
16:20 08.06.2026
Cəmiyyət
Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
15:54 08.06.2026
Cəmiyyət
İran İsrailə qarşı əməliyyatları dayandırdı
15:54 08.06.2026
Gündəm
İsrail Güneyin bu şəhərini vurdu
15:33 08.06.2026
Dünya
Lisey və gimnaziyalara qəbul başlayır
14:53 08.06.2026
Elm və Təhsil
İranla yeni döyüş bu qədər çəkəcək - İsrail
14:27 08.06.2026
Gündəm
Leyen Paşinyanı təbrik etdi: "Bizə etibar edə bilərsiniz"
14:19 08.06.2026
Gündəm
Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur
14:03 08.06.2026
Cəmiyyət
Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır
14:01 08.06.2026
Hadisə
Xızı-Altıağac yolu çökdü
13:57 08.06.2026
Hadisə
Aziz Yıldırımın hücumçu planı: Muriqi və Qirassi hədəfdə
13:47 08.06.2026
Futbol
Tramp: İsrail və İran hücumları dərhal dayandırmalıdır
13:46 08.06.2026
Gündəm
Qaxda 1 ton çətənə kolu məhv edilib
13:26 08.06.2026
Hadisə