Pediatr bu valideynlərə SƏSLƏNDİ: “Peyvənddən imtina doğru deyil”
Aynur Babazadə
16:10 08.07.2020
Cəmiyyət
1002
Azərbaycanda bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Üçüncü qrup valideynlər isə bunun sadəcə "uşağın seçiminə buraxılmalı olduğuna" inanır. Valideynlərin əksəriyyəti iddia edir ki, peyvənd olunan uşaqlarda əks reaksiya olur. Bir sözlə, cəmiyyətdə peyvəndə inam birmənalı deyil.
Səhiyyə Nazirliyi ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirildiyini bildirsə də, peyvənddən imtina edənlərin cüzi də olsa artdığı bildirilir. Ən doğru yol peyvəndlərin vaxtlı-vaxtında aparılmasıdır.
Belə olan halda bəzi valideynlər niyə uşaqlarının peyvənd olunmasına qarşı çıxırlar?
Sualımız cavablandıran pediatr Leyla Şükürova “Sherg.az”a bildirib ki, valideynləri qorxudan peyvənddən sonra yarana bilən yan təsirlərdir:
“Yəni hərarətin yüksəlməsi, ağrı, halsızlıq və narahatlıqdır ki, bu da hər peyvənddən sonra ola bilər. Məlum vəziyyət orqanizmin peyvəndə qarşı normal reaksiyasıdır. Peyvənddən imtina edilməsi doğru deyil. Valideyn uşağını risk qarşısında qoyur. Çünki peyvəndlər uşaqları ağır infeksion xəstəliklərdən qoruyur.”
Pediatr Leyla Şükürova peyvəndin yarada biləcəyi fəsadlardan da söz açıb:
“Vaksin sağlam uşağa vurulduğunda heç bir əks təsiri olmur. Ancaq uşaq sağlam deyilsə və ya peyvənd düzgün vurulmazsa, o zaman bəzi problemlər yarana bilər. Peyvəndin saxlanma şəraiti ilə maraqlanmaq lazımdır. Saxlanma şəraiti tələblərə uyğundursa hansısa fəsadın, problemin yaranma ehtimalı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol