PKK-çıların Qarabağda Azərbaycana qarşı vuruşması iddia deyil, həqiqətdir
Turan
08:24 08.10.2020
Cəmiyyət
578
Akif Nağı: "Azacıq haqq-ədalət olsaydı, Ermənistana qarşı sanksiyalar tətbiq olunardı"
Ermənistan Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir. DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK terrorçularının radio danışıqları ələ keçirilib. Səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparırlar.
Ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmanlıq keçirdiklərini bildirirlər. “Ankara-Rusiya” Araşdırmaları İnstitutunun rəhbəri, professor Salih Yılmaz deyib ki, PKK-çıların Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşması iddia deyil, həqiqətdir. Professorun sözlərinə görə, PKK-PYD üzvləri və muzdlu əsgərlər Dağlıq Qarabağa gətirilir və onlar Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşurlar. S.Yılmaz xatırladıb ki, Ermənistan əvvəl də Suriya və Livanda yaşayan erməniləri qanunsuz olaraq Dağlıq Qarabağa köçürüb. Bunu ört-basdır etmək üçün sanki Azərbaycanın Suriyadan muzdlu əsgərlər gətirməsi ilə bağlı təbliğat aparıblar:
“Lakin bu “təbliğatın” ermənilərə heç bir faydası olmayıb. Əgər Ermənistanın Azərbaycanın işğal altında olan torpaqlarında terrorçuları yerləşdirməsi sübuta yetirilərsə, Beynəlxalq Cinayət Məhkəməsi qarşısında iddia qaldırıla, hətta BMT-dən araşdırma missiyasının yaradılması istənilə bilər. Nəticədə Ermənistana qarşı silah embarqosunun yolu açılar”. Onun sözlərinə görə, Türkiyə və Azərbaycana düşmən olan kim varsa, Ermənistan onlarla əməkdaşlıq edir.
Faktlarla bağlı “Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı bildirib ki, ermənilərin Qarabağa terrorçu yığması ilə bağlı dəfələrlə beynəlxalq qurumlar qarşısında məsələ qaldırılıb. QAT sədrinin sözlərinə görə, beynəlxalq təşkilatlara bununla bağlı konkret dəlil-sübutların təqdim olunmasına baxmayaraq, reaksiya verilməyib:
“Müvafiq təşkilatlar onlara təqdim etdiyimiz faktlara göz yumurlar, qəbul etmək istəmirlər. Avropa İnsan Haqları Məhkəməsi Türkiyəyə qarşı əsassız bir qətnamə qəbul etdi.
Məhkəmə heç bir sübut olmadan iddia edir ki, guya, Türkiyə Azərbaycanın erməni işğalçılarına qarşı həyata keçirdiyi hərbi əməliyyatların birbaşa iştirakçısıdır. O baxımdan müraciətlərimiz faydasızdır.
Birmənalı qəbul etmək lazımdır ki, beynəlxalq hüquq işləmir və ədalətdən çox uzaqdır. Sadəcə, özlərinə lazım məqamda uydurma qətnamələr hazırlayırlar. Həqiqət olmadığı halda iddia edirlər ki, guya, Azərbaycan tərəfdə muzdlular döyüşür. Açıq-aydın şəkildə xristian Ermənistanın arxasında dayanır, düşmənin işğalçı mövqeyini müdafiə edirlər”.
A.Nağı qeyd edib ki, çox ədalətsiz yanaşma ortaya qoyurlar və biz bunu 30 ildir müşahidə edirik:
“Azacıq haqq-ədalət olsaydı, Ermənistana qarşı sanksiyalar tətbiq olunardı. Hansısa dövlətdən ədalət gözləməyə dəyməz. Ancaq öz hərbi gücümüzə arxalanmalıyıq. İşğala məruz qalmış ərazilərimizi ordumuzun gücü ilə azad etməliyik.
Ermənilər Qarabağda qarşımıza kimi gətirir-gətirsin, hamısını məhv etməliyik. Bizim üçün işğal olunmuş torpaqlarda qarşımıza erməni silahlısının, yaxud PKK terrorçusunun çıxmasının heç bir fərqi yoxdur. Hamısı bizim düşmənimizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm