Polad Həşimov küçəsi
Şəymən Bayramova
13:23 31.07.2020
Cəmiyyət
1023
Fazil Mustafa: "Düşünürəm ki, ölkə başçısının bu tapşırığı özündə xalqın istəyini ifadə edir"
Prezident İlham Əliyev general Polad Həşimovla bağlı tapşırıq verib.
Şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adı veriləcək. Dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.
Millət vəkili Fazil Mustafa "Şərq"ə açıqlamasında ölkə başçısının şəhid generalın adının əbədiləşdirilməsi ilə bağlı müvafiq tapşırığını yüksək qiymətləndirdiyini bildirib:
"Qəhrəmanların adına küçə verilərək xatirələrinin əbədiləşdirilməsi çox yaxşı ənənədir. Konkret olaraq general Polad Həşimovun Vətən qarşısındakı xidmətləri əsas verir ki, yaşadığı və yaxud hansısa küçəyə onun adı verilsin.
Hətta bunlarla yanaşı, şəhid generalın adına hərbi məktəblərdə təqaüd də verilə bilər. Bu təqaüd Polad Həşimova bənzəmək, onun yolu ilə getmək istəyən kursantlarımıza verilməlidir.
O, Azərbaycanın qəhrəmanıdır və ona layiqli bütün qiyməti vermək lazımdır.
Düşünürəm ki, ölkə başçısının bu tapşırığı özündə xalqın istəyini ifadə edir. Bu istiqamətdə atılan bütün addımlar və irəli sürülən təşəbbüslər dəstəklənməlidir. Müharibədə şəhid olan hər bir kəsin adına imkan daxilində nələrsə olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm