Polietilen torbalar qadağan edilir ! – “Səbətlər hazırlanıb....”
Fidan Həmişəyeva
12:57 07.01.2021
Cəmiyyət
1208
“İnsan sağlamlığının dəyəri yoxdur"
"Lazım olan vasitələri əhalinin istifadəsinə verməklə sağlamlığı bərpa etmək lazımdır”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova polietilen torba istehlakçıları və istehsalçılarına çağırış edib. Qurum rəsmisi bildirib ki, ətraf mühiti qorumaq üçün hamının qaydalara əməl etməsi vacibdir:
“Əlbəttə, bu keçid prosesi həm istehlakçılar, həm də istehsalçılar və market sahibləri üçün bir qədər çətin olacaq. Amma qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də, birdəfəlik plastik qabların istifadəsindən imtina günümüzün reallığı, planetimizin xilasıdır, deyə bilərik”.
İ.İbrahimova tezliklə bütün marketlərdə bioparçalanan materiallardan hazırlanmış torbaların alıcılara təklif olunacağına ümid etdiyini deyib:
“Hamımız birlikdə bunu etməliyik. Dünyadan təcrid ola bilmərik. Ona görə də bütün tərəflər-istehlakçılar, istehsalçılar və market sahibləri də bu məsələni anlayışla qarşılamalıdır”.
Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a bildirib ki, sağlamlığını düşünən şəxslər polietilen torbalardan istifadə etməli deyil:
“Ümumiyyətlə, insan fəaliyyəti insanlıq amalına xidmət göstərməlidir. Bu baxımdan polietilen torbaların istifadəsinin ləğvi ilk növbədə sağlamlıq üçündür. Artıq bu məsələ ölkə ərazisində həll olunub.
Çünki ölkənin qanunverici orqanı olan Milli Məclisdə məsələyə dair qanun qəbul edilib. Yanvar ayından etibarən isə bütün polietilen torbalar istifadəyə yararsız hesab olunur. Bu qaydalar pozulursa, birmənalı olaraq ölkənin tətbiq etdiyi qaydalara riayət etməmək deməkdir”.
Alıcılara bioparçalanan materiallardan hazırlanmış torbaların təklif edilməsinə gəlincə, ekspert vurğulayıb ki, təbiətin hər bir vasitəsindən səmərəli istifadə etməklə istənilən uyğunsuzluğun qarşısını almaq olar:
“Bu baxımdan bir sıra bitki növlərini texnoloji emala verməklə müəyyən məhsullar istehsal etmək olar. Yalnız parçalanan materialların deyil, səbətlərin hazırlanıb ticarət şəbəkələrinə göndərilməsi mümkündür.
Təbii ki, bunlar müəyyən qədər vəsait hesabına əmələ gəlir. Amma insan sağlamlığının dəyəri yoxdur. Lazım olan vasitələri əhalinin istifadəsinə verməklə sağlamlığı bərpa etmək lazımdır. Proses birdən-birə həyata keçirilə bilməz. İlk olaraq ictimai şüurda dəyişiklik etmək lazımdır.
İnsanların mövcud duruma uyğunlaşması lazımdır. Bunun üçün KİV-lər, televiziya və radiolar, onlayn media insanların maariflənməsi istiqamətinə işlər görməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat