Polietilen torbalara QADAĞA: “Kağızdan istifadə ediləcək”
Fidan Həmişəyeva
13:32 24.11.2020
Cəmiyyət
1302
“Sağlamlığımız üçün kağız torbalara keçid etmək məqsədəuyundur”
“Çünki onlar təbii mənbələrdən istehsal olunur, sintetik vasitələrdən alınma deyil”
“Bu torbalar məhsulların çirklənməsinin qarşısını alır”
Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclas zamanı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.
Dəyişikliklə qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.
Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif olunur. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.
Qanun layihəsinin qəbul edilməsini müsbət dəyərləndirən qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a bildirib ki, polietilen torbalar və plastik materiallardan hazırlanan, birdəfəlik istifadə üçün nəzərdə tutulan taralar mənfi təsirə malikdir. Ekspertin sözlərinə görə, qida məhsulları taralarda qablaşdırılan zaman müəyyən dərəcədə çirklənməyə məruz qalır:
“Bu baxımdan plastik materiallardan hazırlanan taralardan istifadə məqsədəuyğun deyil. Deyilənə görə polietilen torbalar və plastik taraların çürüyüb torpağa qarışması üçün 200 il tələb olunur. Bəlkə də 200-ildən az və ya çox zaman lazımdır. Lakin ortada bir həqiqət var: plastik taralar həm qida məhsulları, həm də ətraf mühitdə çirkənməni intensivləşdirir”.
E.Fərzəliyev qeyd edib ki, küləkli hava şəraitində plastik torbalar və çirklənmiş mühitlə tez-tez qarşılaşırıq:
“Sağlamlığımız üçün kağız torbalara keçid etmək məqsədəuyundur. Çünki onlar təbii mənbələrdən istehsal olunur, sintetik vasitələrdən alınma deyil. Belə bir deyim var: “Atı atın yanına bağlayanda, həmrəng olmasa da, həmxasiyyət olar”. Plastik qablar və polietilen torbalarda olan məhsullara ion şəklində olsa belə sintetik kütlənin keçməsi baş verir. Məhz bu baxımdan kağız torbalardan istifadə etmək lazımdır. Çünki bu torbalar məhsulların çirklənməsinin qarşısını alır və qida məhsullarını daha təmiz şəkildə saxlamağa kömək edir”.
“Plastik torbalardan istifadənin məhdudlaşdırılmasını necə həyata keçirmək olar?” sualına gəlincə, ekspert vurğulayıb ki, dövlət orqanları bu sahədə müvafiq iş görəcəklər:
“Fikrimcə, aidiyyəti orqanlar məqsədyönlü və proqram şəklində işləyib, bu prosesi həyata keçirərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə