Polis sürücülərə xəbərdarlıq etdi
09:29 20.01.2021
Cəmiyyət
413
Elməddin Muradlı: "Maddi zərərlərə düşmək istəmirlərsə, bu çağırışa diqqətlə əməl etməlidirlər"
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Məlumatda qeyd olunur ki, "Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobillərində 1 mm-dən, avtobuslarda 2 mm-dən, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.
Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlərə yol verməmələri tövsiyə olunur.
Eyni zamanda, yola çıxmazdan əvvəl avtomobilin ban şüşələrini təmizləməklə şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə təchiz olunmasını təmin etməlidirlər".
Baş DYP İdarəsi, həmçinin, qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərə də xəbərdarlıq edib. Belə ki, kəskin hava şəraitində sözügedən şəxslərin avtomobil idarə etmələrinin onların özləri və digər sürücülərin, piyadaların həyat və sağlamlığı üçün təhlükə olmasını nəzərə alaraq, həmin sürücülərin sükan arxasına keçməməsini tövsiyə edib.
Lakin bütün tövsiyə və xəbərdarlıqlara baxmayaraq maddi gəlirini və ən əsası, sağlamlığını təhlükəyə atanların da sayı az deyil.
Məsələ ilə bağlı ekspert Elməddin Muradlı "Şərq"ə açıqlama verərkən nəzərə çatdırdı ki, belə məqamlarda sürücülərin əvvəlcədən xəbərdar edilməsi onların təhlükəsizliyi üçün nəzərdə tutulan mühüm addımlardan biridir:
"Bu cür məqamlarda həm Baş Dövlət Yol Polis İdarəsi, həm də Bakı şəhər Dövlət Polis İdarəsinin sürücüləri əvvəlcədən xəbərdar etməsi çox yaxşı haldır. Bu xəbərdarlıq isə sürücülərin təhlükəsizliyi üçün nəzərdə tutulur.
Söhbət ondan gedir ki, qarlı, şaxtalı havalarda yol-nəqliyyat hadisələrinin sayı artır. Bəzi sürücülər qeyri-peşəkarlıq nümayiş etdirərək belə havalarda da sürət həddinə əməl etmirlər. Hava və yol şəraitini nəzərə almayanda isə ağır nəticəli qəza hadisələri qeydə alınır. Təəssüf ki, burada ciddi xəsarət və ölüm halları da baş verir. Bu baxımdan, yol polisinin müraciəti əsaslandırılmış addımdır. Sürücülərin də bu xəbərdarlığı diqqətlə oxuması və nəzərə alması arzuolunandır.
Mənə elə gəlir ki, qeyri-peşəkar, yeni avtomobil idarə etməyə başlayanlar və buzlu yollar görməyən sürücülər belə hava şəraitində sükan arxasına əyləşməsələr daha yaxşı olar.
Biz Türkiyədə qarlı havadan sonrakı günlərdə nə baş verdiyini görürük. Yollarda çox ağır qəzalar baş verir. Nə qədər peşəkar sürücü olsalar da həmin situasiyadan çıxa bilmirlər.
Bizim sürücülərin mental xüsusiyyətlərini nəzərə alsaq və hazırda araşdırma aparılsa, onların 90 faizinin maşınının təkəri heç qışa uyğun deyil. Hər bir halda hava şəraitinə baxıb ona uyğun davranmaq lazımdır.
Əgər sürücülər maddi zərərlərə düşmək istəmirlərsə, bu çağırışa diqqətlə əməl etməlidirlər. Adətən, belə qəza hadisəsi baş verəndə sürücülər öz aralarında razılığa gəlib hərəsi öz maşınını düzəltdirir. Demək istəyirəm ki, bu, artıq xərcdir. Yəni nəzərə almaq lazımdır ki, qarlı və buzlu yollar ən azı 2-3 gün o şəraitdə qalır. Daha sonrakı mərhələdə əsas yollar təmizlənir.
Aidiyyəti qurumlar məsələyə bir qədər geniş aspektdən yanaşıb məhəllədaxili yolları da təmizləyib vaxtında müəyyən tədbirlər görsə, düşülən vəziyyətdən çıxmaq mümkün olar.
Hər bir halda son dərəcə diqqətli olmaq lazımdır. Qanunun da tələb etdiyi kimi meteoroloji havada yol şəraiti xüsusilə nəzərə alınmalıdır".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya