“Post-pandemiya dövründə daxili turizm inkişaf edəcək”
Şəymən Bayramova
14:12 01.07.2020
Cəmiyyət
1029
İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib. Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bir sıra önəmli məqamlara toxunub.
Sözügedən konfransla bağlı fikirlərini “Sherg.az”la bölüşən politoloq İlyas Hüseynov turizmin pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri olduğunu deyib:
"Pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Bu sahəyə dəyən ziyan milyardlarla ölçülür. Halbuki ildən-ilə bu sahədə artım dinamikası hiss olunurdu. Əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirdilər. Bu fakt onu göstərir ki, turizm sahəsi bizim iqtisadiyyata böyük valyuta axınını təmin edir".
Pandemiya dövründə Azərbaycanda turizm sahəsində çalışan insanlar işsiz qaldığı üçün dövlət tərəfindən maddi dəstək göstərildiyini vurğulayan politoloq deyib ki, sözügedən sahə bərpa olunmağa başlayana qədər bu dəstəyin göstərilməsi də nəzərdə tutulur:
"Pandemiya bütün dünyanı cənginə alıb, 2-3 aydır ki, bütün dünya bağlıdır, 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb. Haqlı olaraq bildirməliyik ki, bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub, nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayıb. Hal-hazırda biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir".
İ. Hüseynov həmçinin Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıq yüksək səviyyədə olduğunu, mehmanxanaların sertifikatlaşdırılması üzrə layihənin uğurla icra olunduğunu qeyd edib:
"Ümumdünya Turizm Təşkilatı Azərbaycanda turizm sektorunu fəal şəkildə dəstəkləyir. Görüş zamanı Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ötən ilin iyun ayında təşkilatın İcraiyyə Şurasının iclasının Bakıda keçirildiyi xatırladıb.
Prezident İlham Əliyev isə belə bir mühüm beynəlxalq təşkilatın İcraiyyə Şurasının iclasının Bakıda keçirilməsini Ümumdünya Turizm Təşkilatı tərəfindən dostluq və dəstək əlaməti kimi qiymətləndirdiyini bildirib.
Hazırda ölkəmizin sərhədləri bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Ölkəmiz üçün insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı prioritet təşkil edir.
Virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq qeyd edə bilərik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır.
Lakin, eyni zamanda, pandemiya zəiflədikcə, o cümlədən ölkəmizin sıx əməkdaşlıq etdiyi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə dövlət sərhədləri açılacaq. Bunun nə vaxt baş verəcəyini indidən demək çox çətindir.
Pandemiya dövründə daxili turizmə böyük diqqət yetirilməsi turizm infrastrukturunda yaranmış boşluğu doldura bilər. Fikrimcə, post-pandemiya dövründə bütün dünyada daxili turizm sektoru inkişaf edəcək. Çünki bu mənəvi-psixoloji baryeri qısa müddətdə aradan qaldırmaq çətin olacaq.
Şübhəsiz ki, sabit ictimai-siyasi şərait, təhlükəsizlik, coğrafi mövqe, xalqın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və dadlı mətbəx kimi amillərin Azərbaycanda turizm sənayesinin bərpa olunmasına kömək edəcəyini qeyd edə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə