“Prezident birmənalı olaraq insan amilinə üstünlük verdi”
Şəymən Bayramova
13:24 21.05.2020
Cəmiyyət
705
“Əsas məqsəd xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq olub”
Prezident İlham Əliyev mayın 19-da Bakıda 3 saylı DOST mərkəzinin açılışından sonra AzTV-yə geniş müsahibə verib. Prezident müsahibəsində dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə danışıb.
Dövlət başçısı yuxarıda sadalanan aktual məsələlərə toxunaraq bir daha dövlətin gələcək prioritetlərini və dövlət – vətəndaş münasibətlərinə aydınlıq gətirib.
Millət vəkili Bəhruz Məhərrəmov isə dövlət başçısının siyasi fəaliyyətinin əsas vacib məqamlarının xalqa bəlli olduğunu deyib:
"Sosial siyasət də dövlət başçısı üçün prioritetdir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində sosial layihələrin əhatə dairəsini daha da genişləndirildiyini vurğulayan deputat deib ki, 2019-cu ildə müstəqillik dövrünün ən geniş sosial paket təqdim olundu və uğurla icra edilib. Bu sosial paket 4 milyon 200 min insanı əhatə edib.
Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. 2020-ci ildə sosial sahədə görülən işlər ötən il həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Bu mənada Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə bir ümumiləşdirmə idi.
Ölkə başçısı öz çıxışında şəhid ailələrinin sosial məsələlərinin həllinin, onların mənzil məişət şəraitinin daha da yaxşılaşdırılması məsələsinin də daim diqqət mərkəzində olduğunu xüsusi qeyd etdi:
"Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi ən yüksək səviyyədədir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Bu il 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaq. Maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək.
Şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur".
Prezidentin də qeyd etdiyi kimi siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Pandemiya yayılanda biz seçim qarşısında qalmışdıq; ölkə iqtisadiyyatı, yoxsa vətəndaşların sağlamlığı.
Ölkə başçısı birmənalı olaraq insan amilinə üstünlük verdi. Əsas məqsəd xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq olub. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi.
Qabaqlayıcı tədbirlər pandemiyanın birinci dalğasının qarşısı alındı. Bu səbəbdən koronavirusla bağlı görülən işlər həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur.
Əgər vətəndaşlarımız məsuliyyətli olsalar, ikinci dalğadan da xilas ola bilərik. İndiki yumşalma prosesində əsas amil vətəndaşların məsuliyyəti olacaq. Vətəndaşlar bu məsuliyyəti dərk etməlidirlər.
Pandemiya başa çatmayıb, virus qeyb olmayıb. Hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir. Azərbaycan gənclərinin ölkəmizin uğurlu inkişafında fəal rol oynadığını vurğulayan ölkə başçısı deyib ki, məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və digər ölkələrlə bu təcrübəni bölüşsün.
Millət vəkili isə ölkə başçısının Azərbaycanın artıq kosmik klubun üzvü olduğuna dair çıxışına diqqət çəkib. Onun fikrincə bu o deməkdir ki, Azərbaycan post- pandemiya və informasiya texnologiyaları inqilabının sonrakı mərhələsində digər dövlətlərlə müqayisədə bir addım öndədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət