Prezident “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

Lent.az AZƏRTAC-a istinadla bildirir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.