“Prezident hər bir vətəndaşın yanındadır və onun qayğısına qalır”
Fidan Həmişəyeva
14:04 07.04.2020
Cəmiyyət
645
“Hər birimizin vətəndaşlıq borcu budur ki, qanunlarımıza hörmətlə yanaşaq və tələblərə əməl edək”
“Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri sırasında yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın sağlamlığının təminatını prioritet məsələ kimi öndə saxlaması böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP)Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlət başçısının növbəti əfv Sərəncamı ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib.
Baş redaktor bildirib ki, cənab Prezident tərəfindən humanizm və insanpərvərlik istiqamətində atılan bütün addımlar Azərbaycanda vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını, daim onların təhlükəsiz, sağlam, əmin-amanlıq şəraitində yaşamasının prioritetliyini bir daha təsdiqləyir:
“Cənab Prezidentin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına uyğun olaraq yaşı 65-dən yuxarı olan 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi də bu diqqətin tərkib hissəsi, dövlətimizin humanizm siyasətinin növbəti təzahürüdür. Ölkə başçısının vətəndaşları koronavirus pandemiyasından etibarlı müdafiəsini təşkil etmək istiqamətində atdığı addımlar təqdir olunur, insan hüquq və azadlıqlarının qorunmasının, onların yüksək rifahının təmin edilməsinin prioritetliyini bir daha təsdiq edir. Bu çağırışlar artıq günümüzün əsas tələbləri sırasındadır. Özümüzü, böyüklərimiz qoruyaq, əzizlərimizə dəstək olaq. Dövlətimizin başçısı İlham Əliyevin məlum əfv Sərəncamının sevincini yaşayan əfv olunan şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər. Dövlət öz vətəndaşlarının bütün hüquq və azadlıqlarını qoruyur, təmin edir. Hər birimizin vətəndaşlıq borcu budur ki, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımıza hörmətlə yanaşaq, onların tələblərinə dönmədən əməl edək.
Baş redaktor bildirib ki, bu günümüz üçün əsas vəzifəmiz koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin müsbət nəticəsini verməsinə dəstəyimizi göstərməkdir:
“Yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Onların gündəlik tələbatlarının ödənilməsi ilə bağlı zəruri ərzaq və avadanlıqlar, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və sair kimi məsələlər dəstəklə təmin olunur. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətlərində daha çox diqqət yönəldilən məsələ məhz böyüklərimizin qayğısına qalmaq, onlara hörmətlə yanaşmaqdır”.
V.Rəhimzadə sənədin icrasının başa çatdığını önə çəkərək bildirib ki, cənab Prezident atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu, onların qayğısına qaldığını bir daha təsdiq etdi:
“Prezident İlham Əliyevin humanist addımları səhv etmiş insanlara həyatda yeni şansın verilməsinə, onların həyatın, azadlığın dəyərini dərk etmələrinə, səhvlərindən nəticə çıxarıb düzgün yola qayıtmalarına böyük dəstəkdir. Mərhəmətlilik, xeyirxahlıq, bağışlamaq kimi prinsipləri həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan dövlətinin bu addımları, eyni zamanda, demokratik dəyərlərə sadiqliyin nümunəsi kimi də qiymətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məhbus həbsxanadan qaçdı - Əməliyyat keçirilir
17:03 07.07.2026
Hadisə
Qırğızısatnın paytaxtına üçuşlar dayandırılıb
16:54 07.07.2026
Dünya
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir
16:43 07.07.2026
Gündəm
Rutte elan etdi: Donanma yaradılır
16:11 07.07.2026
Gündəm
Zelenski: Ukrayna NATO-ya məxsusdur
15:59 07.07.2026
Dünya
Ərdoğan Donald Trampı Ankara hava limanında qarşılayıb - YENİLƏNİB
15:57 07.07.2026
Gündəm
Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb
15:55 07.07.2026
Siyasət
Bred Pitt gənc sevgilisi ilə ilk rəsmi paylaşımını etdi
15:18 07.07.2026
Şou
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm