“Prezident koronavirusa qarşı mübarizədə qətiyyət göstərdi"
Fidan Həmişəyeva
14:04 24.04.2020
Cəmiyyət
660
“Eyni zamanda hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha əməli surətdə təsdiqlədi”
"Dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Amma Azərbaycanın durumu dünyanın əksər ölkəsinin vəziyyətindən qat-qat ürəkaçandır".
Bu fikirləri "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda bütün dünya bu pandemiyanın qarşısında aciz qalıb:
" Belə bir çətin vaxtda Azərbaycan xalqı öz dövlətini yanında gördü, Prezidentindən hər gün, hər an qayğı hiss etdi. Prezident İlham Əliyev təhlükəni hiss etdiyi ilk gündən pandemiyaya qarşı bütün zəruri tədbirləri mərhələli şəkildə, addım-addım həyata keçirmək kursunu seçdi.
Bu tədbirləri həyati əhəmiyyətli tədbirlər kimi qiymətləndiririk. Nəzərə alsaq ki, Azərbaycan elə bir həssas və aktiv geosiyasi məkanda yerləşir ki, məhz bu səbəbdən ölkəmizdə virus təhlükəsi hər an qarşısıalınmaz sürətlə və geniş miqyasda yayıla bilərdi. Azərbaycanın bu virusun geniş yayıldığı ölkələrlə - Çin, İran, Rusiya, Türkiyə, İtaliya və başqa ölkələrlə yaxın əlaqələrə malik olması istər-istəməz ölkəmizdə də sözügedən infeksiyanın geniş şəkildə yayılması riskini artırırdı".
Ə.Hüseynov qeyd edib ki, ölkə başçısı prosesləri vaxtında nəzarətinə götürə bildi:
"Çünki vətəndaşların sağlamlığını və ölkənin iqtisadi inkişaf imkanlarını qoruyub saxlamaq Prezident İlham Əliyev üçün hər şeydən önəmlidir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılan maddi vəsait, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, pandemiya ilə mübarizə çərçivəsində yeni səhiyyə ocaqlarının açılması, 600 min nəfər aztəminatlı və işsiz vətəndaşlarımıza dövlət tərəfindən maliyyə yardımının verilməsi və pandemiya ilə bağlı digər mühüm tədbirlərin həyata keçirilməsi məhz cənab Prezidentin vətəndaşlara diqqət və qayğısının göstəricisidir.
Etiraf etmək lazımdır ki, bəzi ölkələrin dövlət və hökumət başçılarından fərqli olaraq İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizə günlərində əsl cəsarət və qətiyyət göstərdi".
DADP sədrinin sözlərinə görə, cənab Prezident çətin günlərdə bəziləri kimi nə özünü təcrid edib xalqdan ayrı düşdü, nə də koronavirusa qarşı mübarizədən özünün piarı üçün istifadə etdi:
"İlham Əliyev kritik məqamlarda əsl siyasi müdriklik nümunəsi göstərdi. Eyni zamanda hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha əməli surətdə təsdiqlədi. Partiya sədri kimi cənab Prezidentin pandemiya günlərində gördüyü işləri, verdiyi operativ qərarları və göstərdiyi performansı çox yüksək qiymətləndirirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol