“Prezident milli maraqlarımızı əzmkarlıqla müdafiə edir"
Şəymən Bayramova
13:39 05.09.2020
Cəmiyyət
857
Prezident İlham Əliyevin Yaponiya və Yunanıstanın ölkəmizdəki yeni səfirləri ilə görüşü zamanı toxunduğu mövzular və fikirləri ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Yunanıstanın ölkəmizdə təyin olunmuş yeni səfiri Nikolaos Piperiqkosla olduqca açıq danışan Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkib, vacib fikirlər səsləndirib.
Görüş zamanı ölkə başçısı Ermənistan, Yunanıstan və Kipr hərbi əməkdaşlığının Azərbaycanı narahat edən məsələ olduğunu N. Piperiqkosun diqqətinə çatdırıb.
Dövlətimizin rəhbəri qeyd edib ki, Ermənistan Xocalı soyqırımını törətmiş, bir milyon soydaşımızı öz yurdlarından didərgin salmış, mədəni-dini abidələrimizi dağıdan, etnik təmizlənmə siyasətini aparan və beynəlxalq hüquq və normalara məhəl qoymayan bir ölkə olduğundan onunla hərbi əməkdaşlığın edilməsi, xüsusilə Avropa İttifaqına daxil olan bir ölkənin olması bizim üçün arzuolunmazdır.
Ölkə başçısının bu görüşdəki nitqinə diqqət çəkən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov "Sherg.az"a deyib ki, cənab Prezident hər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın geniş spektrlı və fəal siyasi dialoq olduğunu diqqətə çatdırıb:
"Preziden bu görüşdə bildirdi ki, "Yunanıstan, Kipr və Ermənistan üçlük formatı yaradaraq, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq ölkəmiz üçün ciddi narahatlıq yaradır.
Şərqi Aralıq dənizi mövzusunda Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləməkdədir. Türkiyə həmişə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi Azərbaycanda hər zaman qəti şəkildə Türkiyənin yanındadır".
Bu bir daha onu nümayiş etdirir ki, ölkə rəhbərimiz Azərbaycanın milli maraqlarını qətiyyət və əzmkarlıqla hər bir görüşdə müdafiə edir".
BNAM rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və olduqca mühüm bir nümunədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region