“Prezident şəhid ailələri və qaziləri həmişə diqqətdə saxlayır”
Şəymən Bayramova
11:08 22.05.2020
Cəmiyyət
943
“Ölkədə əhalinin sosial rifahının artması, xüsusi ehtiyacı olan təbəqələrin sosial durumunun yaxşılaşdırılması üçün ardıcıl işlər aparılır”
“Xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin sosial-rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması ön yerdədir”
Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb.
Eyni zamanda şəhid ailələrinin sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə kompleks şəkildə tədbirlər həyata keçirilir.
3saylı DOST mərkəzinin açılışı zamanı dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə danışan ölkə rəhbəri məhz bu məsələnin də daim diqqət mərkəzində olduğunu deyib:
"Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilibdir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb -1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaqdır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir. Bununla paralel olaraq, biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə. Bu günə qədər 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur".
Millət vəkili Elman Məmmədov Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsinin yüksək səviyyədə olduğunu deyib. Onun sözlərinə görə, ulu öndərin hakimiyyətə gəldiyi gündən şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, müharibə veteranlarına, qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətində sosial sahə prioritet olaraq qalmaqdadır:
"Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab prezidentimiz də fəaliyyətinin ilk dönəmlərindən sözügedən təbəqədən olan insanları həmişə diqqətdə saxlayır. Sübut olunur ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin əsaslarından biri xalqımızın sosial vəziyyətinin, rifah halının yaxşılaşdırılmasına yönəlib. Ölkədə əhalinin sosial rifahının artması, xüsusi ehtiyacı olan təbəqələrin sosial durumunun yaxşılaşdırılması üçün ardıcıl işlər aparılır. Burada əhalinin həssas kateqoriyaların, xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin sosial-rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması ön yerdədir.
Görülmüş işlərin statistikası da ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bir daha isbatlayır. Dövlət başçısı və birinci xanım şəxsən şəhid ailələri ilə görüşür, onların problemləri, qayğıları ilə maraqlanırlar. Daim problemlərini diqqət mərkəzində saxlayıb onların həll üçün zəruri addımlar atırlar.
Qaçqınların və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların hüquqlarının təmin edilməsi, mənzil problemlərinin həlli, habelə məşğulluq məsələləri islə bağlı bir sıra qərar və sərəncam imzalayıb. Bu kateqoriyadan olan insanlar mənzil və avtomobillərlə təmin edilib".
Millət vəkilinin sözlərinə görə, AzTv-yə müsahibəsində ölkə başçısının yenidən bu məsələyə toxunması və il ərzində 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcəyini qeyd etməsi onlara qarşı diqqət və qayğının bundan sonra da davam edəcəyinin göstəricisidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət