Prezidentə: “Əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz rəhbərimiz var”
14:02 17.06.2020
Cəmiyyət
651
Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Siyəzən rayonundan Əli Eldarov Prezidentə məktubunda bildirir:
“Möhtərəm cənab Prezident. Bir din xadimi kimi bildirmək istəyirəm ki, azad, firavan ölkədə yaşayıb rahat ibadətlə məşğul ola biliriksə, buna görə Sizə borcluyuq. Din bizim mənəvi dəyərimizdir. Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Amma Sizin rəhbərliyinizlə görülən işlər sayəsində Azərbaycan digər ölkələrlə müqayisədə daha az itki verdi. Siz COVID-19 pandemiyası dövründə böyük fədakarlıq göstərərək, insanların maddi ehtiyaclarının ödənilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində uğurlu işlər görürsünüz. Siz koronavirusun yayıldığı ilk günlərdən vətəndaşların yanındasınız, onlara kömək göstərirsiniz.
Cənab Prezident, bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz rəhbərimiz var. Azərbaycan xalqı Sizi daim dəstəkləyir. Allah Sizi və xalqımızı qorusun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm