Prezidentə müraciət: “Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyirik”
08:21 01.06.2020
Cəmiyyət
685
Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə məktubla müraciət ediblər.
Məktubda deyilir:
Möhtərəm cənab Prezident!
Dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirləröz bəhrəsini verir. Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə sahəsində həyata keçirilən effektiv tədbirlərBirincivitse-prezidentMehribanxanımın bu işlərə bilavasitə nəzarətinin və fədakar əməyinin nəticəsidir. Dünyanın inkişaf etmiş ölkələrində COVİD-19-dan ölüm sayı 10 minlərə çatdığı halda Sizin müdrik və çevik qərarlarınız sayəsində ölkəmizdə əldə olunan ürəkaçan nəticələrə görə Sizə öz təşəkkürümüzü bildiririk.
Hətta belə çətin dövrdə Sizin və Mehriban xanımın rayonumuza səfəriniz əhalimiz tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır.
Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan Şamaxı özünün yeni çiçəklənmə dövrünü yaşayır. Bu sizin diqqətinizin nəticəsidir. Rayonumuzdakı tikinti quruculuq, abadlıq işləri ilə yanaşı tarixi abidələrə göstərdiyiniz qayğı onlara ikinci həyat verir və bizi sevindirir. Pirsaat Baba, İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbəsi və Pir Ömər Sultan ziyarətgahlarının yenidən qurulması çərçivəsində görülən işlərə diqqətiniz isə biz şamaxılılar üçün mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, bu abidələr bütün ölkə əhalisinin və başqa ölkələrdən gələn qonaqlarınziyarət etdiyi müqəddəs yerlərdir. Hörmətli xanım Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə tariximizə və mədəniyyətimizə göstərilən qayğı Sizin milli mənəvi dəyərlərimizə həssas münasibətinizdən xəbər verir.
Sizin şamaxılılara olan diqqətiniz səfər zamanı hər addımda hiss olunur. Şamaxıda yeni binalar tikilir, zəlzələdən zərər çəkmiş minlərlə ev təzələnir, kəndlərə, qəsəbələrə yeni yollar salınır, ucqar kəndlər belə qazla təmin olunur, heçvaxt suyu olmayan kəndlərə su çəkilir, əhalimizə regionda ilk dəfə Şamaxıya hədiyyə etdiyiniz müasir avtobuslar xidmət göstərir.
Eyni zamanda çox sevinirik ki, hər bir göstərişiniz, tapşırıqlarınız, regionlara təyin etdiyiniz rəhbərlər qarşısında qoyduğunuz vəzifə və öhdəliklər gənc kadrlar tərəfindən layiqincə həyata keçirilir. Onların hər bir addımında sizin diqqət və qayğınızı hiss edir, istənilən sahəyə nəzər saldıqda aparılan islahatların nəticəsini görürük.
Çox təəssüf hissi ilə qeyd edirik ki, son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var. Bu ölkəmizi, vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən şər qüvvələrin əməlləridir və onlar bu istəklərinə çatmayacaqlar. Əmin ola bilərsiniz ki, bütün azərbaycan xalqı, o cümlədən şamaxılılar Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyir.
Əziz Prezidentimiz və hörmətli Mehriban xanım, Allahdan Sizə möhkəm can sağlığı, dövlətimizin və xalqımızın inkişafı naminə apardığınız şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!
Böyük hörmət və sevgi ilə,
Şamaxı Rayon Ağsaqqalları
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat