Prezidentə təşəkkür: “Xalqımız bu gün güclü, qüdrətli Azərbaycanla fəxr edir”
10:16 17.06.2020
Cəmiyyət
687
Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Laçın rayonundan məcburi köçkün Bəhruz Mehrəliyev Prezidentə məktubunda yazır:
“Cənab Prezident, ulu öndərimiz Heydər Əliyev biz məcburi köçkünlərə hər zaman qayğı ilə yanaşardı. Allah Ulu Öndərimizə rəhmət eləsin, onun xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. Siz Prezident seçilərkən sevindik ki, gələcəyimiz daha da yaxşı olacaq və Azərbaycanımız gündən-günə çiçəklənəcək, gözəlləşəcəkdir. Sonrakı hadisələr bizim yanılmadığımızı göstərdi. Xalqımız bu gün güclü, qüdrətli Azərbaycanla fəxr edir.
Təbii ki, Sizin və Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyünüz işlər danılmazdır. Uğurlu addımlarınızla Sizə olan güvənimizi, inamımızı daha da gücləndirirsiniz. Digər ölkələrlə müqayisədə bizim ölkə sürətlə inkişaf edir və əmin-amanlıq hökm sürür.
Cənab Prezident, ailəmiz adından Sizə və ailənizə cansağlığı, uzun ömür diləyirəm. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Yaşasın Azərbaycan”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm