“Prezidentin hər bir vədinin arxasında konkret əməl dayanır”
Fidan Həmişəyeva
12:32 24.12.2020
Cəmiyyət
587
“Məhz buna görə də ölkə başçısının verdiyi bütün vədlər gerçəkliyə çevrilir”
“Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir”
“Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, canlanacaq, dirçələcək”
Prezident İlham Əliyev 2003-cü ildən etibarən qarşıya qoyduğu strateji hədəflərə nail olmaq üçün ölkə daxilində və beynəlxalq səviyyədə məqsədyönlü siyasət həyata keçirib. Bunun üçün ölkə başçısının son 17 ildə atdığı addımlarının xronologiyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu müddətdə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təmələ yeni əlavələr etməklə Azərbaycanı dünya miqyasında iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi təqdim etdi.
Ölkə başçısı daim bəyan edir ki, zaman, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Təbii ki, onların icrası islahatların dərinləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Son 17 il bu məqama da işıq saldı ki, reallaşdırılan siyasətin mərkəzində vətəndaş amili dayanır. Məhz bu siyasətə sadiqliyin nəticəsidir ki, neft kapitalının insan kapitalına çevrilməsi bugünkü Azərbaycanın reallıqları sırasındandır.
Bu gün Ali Baş Komandanın doğum günüdür. Təəsadüfi deyil ki, Azərbaycan indi beynəlxalq statistikalarda dünya dövlətlərinin tanıdığı, hesablaşdığı ölkələrdəndir. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi zəfər isə heç şübhəsiz, Prezidentimizin bu xalq, bu millət üçün gördüyü ən mühüm işlərdən biridir.
Millət vəkili Müşfiq Məmmədli “Sherg.az”a açıqlamasında dövlət başçısını ad günü münasibətilə təbrik edib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də uğurlarımızı şərtləndirir:
“Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Ali Baş Komandanımız nəyi nə zaman edəcəyini çox yaxşı bilir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti son 17 ildə daha möhtəşəm zirvələrə yüksəldi.
Cənab Prezident 44 günlük İkinci Qarabağ müharibəsi dövründə 30-a yaxın dünyanın nüfuzlu agentlik və televiziya kanallarına müsahibələrinin birində jurnalistin “Tarixdə necə qalmaq istərdiniz” sualına cavabını bir daha xatırlatmaq istərdim.
Prezident həmin cavabında bildirdi ki, mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir”.
M.Məmmədli vurğulayıb ki, ölkə başçısının hər bir vədinin arxasında konkret əməl dayanır:
“Məhz buna görə də cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Cənab Prezidenti doğum günü ilə təbrik edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi