Prezidentin köməkçisi:"Faktı heç kim gizlədə bilməz”
10:59 12.10.2020
Cəmiyyət
453
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev humanitar atəşkəslə bağlı məsələyə aydınlıq gətirib.
APA-nın məlumatına görə, Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında bildirib ki, humanitar atəşkəslə bağlı bəzi parametrlərin araşdırılması lazımdır: “Göründüyü kimi, düşmən bir tərəfdən humanitar atəşkəs istəyir, digər tərəfdən, Azərbaycanın mülki insanlarına qarşı hücumlar həyata keçirir.
Eyni zamanda, qoşunların təmas xəttində də Ermənistanın Silahlı Qüvvələri tərəfindən Azəbaycanın mövqelərinə qarşı hücumlar həyata keçirilir. Onlar bizim işğaldan azad edilmiş torpaqlarımızı yenidən ələ keçirmək üçün bunu edirlər. Azərbaycan Silahlı Qüvvələri burada onlara layiqli cavab vermək məcburiyyətindədirlər”.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda akkredetasiya olunmuş bütün səfirlərin, diplomatik korpusların Gəncəyə səfəri təşkil olunub: “Onlar öz gözləri ilə görsünlər ki, Azərbaycanın Gəncə şəhəri 4 oktyabrdan başlayaraq, Ermənistanın raket zərbələri altındadır. Onlar Ermənistanın bu vəhşiliyini, vandalizmini öz gözləri ilə görmüş olsunlar. Hətta dünən Ermənistanın Müdafiə Nazirliyi çox riyakarcasına, utanmazcasına açıqlama verdi ki, bunu biz törətməmişik. Törətdikləri bu vandalizmi inkar etmək istəyirlər. Amma faktı heç kim gizlədə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm