“Prezidentin qərarları insanların firavanlığını təmin edir”
Fidan Həmişəyeva
12:53 20.08.2020
Cəmiyyət
570
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirir. Bütün bunlar həmçinin insan amilinin də inkişafına güclü təkan verib. Azərbaycan öz daxili siyasətində insan amilinə prioritet istiqamət verməklə həm iqtisadi, həm sosial, həm də siyasi proseslərdə önəmli mövqe qazanıb”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Parlament üzvü bildirib ki, Prezident İlham Əliyevin “Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalaması Azərbaycan vətəndaşı üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin görülməsi istiqamətində atılan növbəti addımlardan biridir:
“Ötən 17 il ərzində həyata keçirilən bütün islahat və layihələrdə, bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir.
Azərbaycan Prezidenti ölkə həyatının bütün sahələrini daim nəzarətdə saxlayır, vaxtaşırı bölgələrdə olur, yerlərdə qarşılaşılan mövcud problemlərin həlli üçün tədbirlər görülməsini reallaşdırır. Burada diqqətçəkən məqam, odur ki, dövlət başçısı ölkədə baş verən ekstremal proseslərə də hər zaman çevik münasibət bildirir. Cənab Prezident hadisə yerində olur, insanlarla görüşür, onların qayğıları, problemləri ilə dərindən maraqlanır, çətinliklərin aradan qaldırılması məqsədilə müvafiq dövlət qurumları rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verir.
2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçmaas, 2005-ci ilin iyununda metronun “İçərişəhər” stansiyasının eskalatorunda nasazlıq yaranması, həmin ilin dekabrında təyyarə qəzası baş verməsi, 2007-ci ilin avqustunda Yasamalda hündürmərtəbəli binanın dağılmasından sonra Prezident vətəndaşlara dəstək verilməsi istiqamətində işlər görüb.
2010-cu ilin mayında Sabirabad və Saatlı rayonlarında Kür çayında suyun həcminin normadan xeyli artması səbəbindən ciddi fəsadlarla qarşılaşılması, 2012-ci ilin mayında respublikanın şimal-qərb bölgəsində zəlzələ zamanı dövlətimizin başçısı qeyd etdiyim hadisələr vaxtı zərərçəkənlərlə şəxsən görüşmüş, həlak olanların yaxınlarına, yaralananlara mənəvi dəstək göstərmiş, vətəndaşlara zəruri yardımlar edilməsi barədə göstərişlər verib.
Eyni zamanda ötən ilin fevralın 7-də baş vermiş zəlzələ nəticəsində cənab Prezidentin Şamaxı rayonuna getməsi, bölgədə baş verən zəlzələdən sonra təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olması, zərərçəkən vətəndaşlarla görüşləri, söhbətləri, müvafiq qurumların rəhbərlərinə verdiyi tapşırıqlar bir daha göstərdi ki, cənab İlham Əliyev xalqa əsl xidmət nümunəsi göstərərək, insanların daim yanındadır, onların problemlərinə, qayğılarına həssas münasibət bəsləyir”.
Parlametari vurğulayıb ki, bütün bunlar cənab İlham Əliyevin təkcə insanların xoş günlərində deyil, həm də çətin, ağır vəziyyətlərində yanlarında olmasının, onların kədərlərini bölüşməsinin, baş verən hadisələrin nəticələrinin tez bir zamanda aradan qaldırılmasının ifadəsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə