“Prezidentin siyasətində vətəndaşlara xidmət əsas meyardır”
Fidan Həmişəyeva
10:27 20.05.2020
Cəmiyyət
1321
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibəsində bir sıra mühüm məqamlara toxunub.
Prezident qeyd edib ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi ən yüksək səviyyədədir:
“Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Bu il 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaq. Şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur. Ermənistanda müharibədə ölənlər olub. Onlara mənzil verilir? Onlara avtomobil verilir? Yox. Orada pul faşistlərin abidələrinin ucaldılmasına xərclənir”.
Sabiq millət vəkili Həvva Məmmədova “Sherg.az” açıqlamasında bildirib ki, cənab Prezidentin ardıcıl olaraq həyata keçirdiyi sosial siyasətin əsasını aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, əlillərin məişət şəraitinin yaxşılaşdırılması təşkil edir:
“Təsadüfi deyil ki, köçkünlər üçün tikilən kompleksdə yalnız mənzillər deyil, məktəblər, bağçalar da var. Hətta mənzillərdə mətbəx avadanlıqlarına qədər bütün şərait yaradılıb. Prezidentin apardığı siyasətin məqsədində vətəndaş amili dayanır. Bu siyasət təkcə bu gün deyil, 15 ildir ki, davam edir. Aparılan təhlillər və müqayisələr göstərir ki, Prezidentin siyasətində hər zaman vətəndaşlarımıza xidmət amili əsas meyardır. Hazırda ölkəmizdə 100-dən artıq yeni qəsəbə tikilib istifadəyə verilib. Köçkün əhalinin bütün şəraiti yaxşılaşdırılıb, onların övladları ödənişli ali məktəblərdə pulsuz təhsil alırlar”.
H.Məmmədova qeyd edib ki, heç bir ölkədə məcburi köçkünlərə bu qədər gözəl şərait yaradılmır:
"Prezidentin məcburi köçkünlərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı qiymətləndirilməlidir. Heç bir ölkədə qaçqın və məcburi köçkün ailəsinin üzünün gülməsinə, onların yeni mənzillə təmin olunmasına rast gələ bilmərik. Bu, yalnız Azərbaycan prezidentinin sosial qayğıya ehtiyacı olanlara göstərdiyi böyük diqqətin nümunəsidir.Sosial qayğıya ehtiyacı olan vətəndaşlarımız hər zaman dövlətin diqqətindədir. Təsadüfi deyil ki, son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb. Bu qəsəbələrdən 3-ü ötən il istifadəyə verilib.Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir.Eyni zamanda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Ötən il dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.
Ölkə başçısına təşəkkür edirəm ki, Azərbaycanda koronavirusun yayıldığı bir zamanda hər bir vətəndaşımıza diqqət və qayğı göstərdi. Prezidentin pandemiya ilə səsləndirdiyi fikirlər uzun zaman yaddaşımızdan çıxmayacaq, böyük əsərlərə çevriləcək. Xalqımız düşdüyü fövqəladə acı vəziyyətdən üzüağ çıxacaq. Vətəndaşlarımız görülən işlərin hamısını yüksək dəyərləndirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə