Professor: “Ermənistan Cenevrə konvensiyasına məhəl qoymur” - Cavabsız qalmayacaq !
Fidan Həmişəyeva
14:22 08.10.2020
Cəmiyyət
760
“İşğalçı ölkənin dinc əhalimizi gülləbaran etməsi beynəlxalq hüquq normalarına ziddir”
“Cenevrə konvensiyasında və BMT-nin 1974-cü il qətnaməsində təsdiq edilmiş bəyannamədə qeyd olunub ki, dinc əhaliyə və mülki obyektlərə hücum edilməsi qadağandır”
“Beynəxalq normaları pozduğuna görə, Paşinyan və onun komandası üçün müvafiq ölçülər götürüləcək”
Rəşadətli Azərbaycan ordumuz qarşısında tab gətirə bilməyən ermənilər məğlub olduqlarını anladıqları üçün yenə də təxribatlara əl atır. Ermənistan mülki vətəndaşlarımızı atəşə tutub, infrastrukturumuzu dağıtmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa zərrə qədər də olsun hörmət etmədiyini təsdiqləyir. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən işğlçı ölkə hazırda mülki insanlarımızı atəşə tutub yeni cinayətlər törədir. Dinc əhalini, yaşayış evlərini raket atəşinə tutmaq cinayətdir. Hərbi meydanda uğursuzluğa düçar olan təcavüzkar ölkə despot siyasətindən nəticə çıxarmaq əvəzinə quduzlaşır. Bu bünlərdə Prezident İlham Əliyev də Türkiyənin “TRT Haber” televiziya kanalına verdiyi müsahibədə söylədi ki, bizim Ermənistan torpaqlarında gözümüz yoxdur.
Rəsmi məlumata görə, sentyabrın 27-dən bu günədək ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 30-dan çox mülki şəxs həlak olub, 150-ə yaxın insan yaralanıb. Bundan başqa, 70-ə yaxın mülki obyekt və 400-dən çox yaşayış evi yararsız hala düşüb. Əlbəttə bu cür əməllər Ermənistanın terrorçu dövlət olmasının, qeyri-insani mahiyyətinin göstəricisidir.
Düşmənin mülki əhalimizi qətlə yetirməsinə dair fikrilərini “Sherg.az”la bölüşən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev bildirib ki, təcavüzkar Ermənistan tərəfindən dinc əhalimizin gülləbaran edilməsi beynəlxalq hüquq normalarına ziddir. Professorun sözlərinə görə, Cenevrə konvensiyasında və BMT-nin 1974-cü il qətnaməsində təsdiq edilmiş bəyannamədə qeyd olunub ki, dinc əhaliyə və mülki obyektlərə hücum edilməsi qadağandır:
“Mülki əhalimizin qətlə yetirilməsi, Ermənistan rəhbərliyinin hərəkətləri insanlığa sığışmayan bir əməldir. Əbəs deyil ki, Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən konkret faktlar üzrə materiallar toplanır. Düşünürəm ki, bu materiallar gələcəkdə Paşinyan və onun komandasının cinayət məsuliyyətinə cəlb edilməsinə kömək olacaq”.
Dünya ölkələrinin mülki əhalimizin qətlə yetirilməsi ilə bağlı reaksiyasına gəlincə, İ.Vəliyev vurğulayıb ki, cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində hətta KTMT-yə üzv olan ölkələr aydın şəkildə Azərbaycanın haqlı olduğunu söylədilər:
“Rusiya Prezidenti Vladimir Putin də bildirdi ki, qarşıdurma Ermənistan ərazisində baş vermədiyinə görə, onların bu məsələyə qarışması üçün heç bir əsas yoxdur. Putin elan etdi ki, Dağlıq Qarabağ Ermənistanın yox, Azərbaycan ərazisidir”.
Professorun fikrincə, dinc əhalimizin öldürülməsi cavabsız qalmayacaq:
“Bu məsələ birbaşa beynəlxalq hüquq normalarının pozulması deməkdir. Beynəxalq normaları pozduğuna görə, Paşinyan və onun komandası üçün müvafiq ölçülər götürüləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət