Professor: “Gənclərimizdə olan ovqat məni çox sevindirir”
Fidan Həmişəyeva
13:20 16.07.2020
Cəmiyyət
1159
Ermənistan silahlı bölmələrinin Tovuzda törətdiyi təxribatdan sonra cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunun bir daha şahidi olduq. Ordumuza dəstək məqsədilə keçirilən aksiya bunu deməyə əsas verir. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.
Azərbaycan güclü dövlətdir. Ölkəmizin təhlükəsizliyi, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalıyıq.
Prosesi dəyərləndirən professor Firudin Cəlilov “Sherg.az”a bildirib ki, ordumuza dəstək üçün keçirilən yürüşlər yüksək qimyətləndirilməlidir:
“40 ildir ki, bu olayların içindən keçmişəm. Xalq hərəkatından tutmuş, mitinqlər, aksiyalar, dövlət çevrilişləri gözümün qabağında olub. Son 30 ildəki siyasi hadisələrə biganə olmamışam. İndi isə yeni bir ortam yaranıb. Düzdür, ermənilər təxribat törədiblər, ordumuz da düşmənə cavab verib. Çox dəyərli əsgərlərimizi, generalımızı itirmişik. Allah onların ruhunu şad etsin !
Bakıda və başqa rayonlarda keçirilən yürüşləri ancaq alqışlamaq lazımdır. Yürüşlərə baxdım, orada çoxluq gənclər idi. Onlar orduya dəstək verməklərinə dair şüarlar səsləndirirdilər, “Qarabağ” deyirdilər. Küçələrə “Şəhidlər ölməz vətən bölünməz” şüarı və bayraqlarla çıxdılar. Əhali şəhidlərimizi böyük alqışlarla o dünyaya yola saldı. Gənclərimizin bu addımları vətənpərvərlik baxımından çox gözəldir”.
F.Cəlilov vurğulayıb ki, hökumət adamlarından bir-iki nəfər vətəndaşlarımız qarşısında çıxış etməli idilər:
“Yürüşdə iştirak edənlərə müraciət edib deməli idilər ki, “Çox sağ olun orduya yüksək dəstək ovqatını sərgilədiniz”. Amma onların qarşısına çıxan olmadı. Təbii ki, bu cür yürüşlərdə təxribatçı qruplar da olur.
Həm respublikanın içindən olanlar-“5-ci kolon”un üzvləri, həm də xaricdən idarə olunanlar. Həmin təxribatçılar belə gözəl aksiyaları neqativ nəticələndirdi. “Qarabağ” şüarını deyən gedib parlamentin şüşələrini qırıb içəri girər? Təbii ki, yox. Yəni orada bir boşluq yarandığı üçün 5-10 nəfər təxribatçı aranı qarışdırdı.
Çünki onların qarşısına çıxıb danışan, yol göstərən yox idi. Bu, bir az təəssüf doğurur. Amma bütövlükdə keçirilən yürüş, gənclərimizdə olan ovqat məni çox sevindirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya